Ehtiyyatlı Bakı..

in hive-131355 •  3 years ago  (edited)

Salamlar, Steemit Azerbaijan ailəsi. Necəsiz? Günləriniz necə keçir? Qış gəlib mi, sizlərə də?! Dünən axşam çox gözəl hava var idi, göy üzü bəlkə də mavinin ən gözəl tonunda idi.

IMG_20211223_194106.jpg

Bu gün qalxanda şəkildəki mənzərə ilə qarşılaşmağı gözləmək olmazdı:). Əslində qar yağırdı demək düzgün olmaz, çünki qar sadəcə havada qar idi, yerə düşdüyü andan palçıq, su, xoşagəlməyən bir mənzərəyə çevrilirdi. Mən qarı, soyuğu sevən biri deyiləm. Hava soyuqdursa, həmin günü "məni qoyun, siz davam edin mood'unda oluram". Sizlərdə vəziyyət necədir? Hava əhval-ruhiyyənizə təsir edirmi?

IMG_20211223_225149.jpg

Məcbur olmasam evdən çıxmaram,( çay içmək üçün evdən çıxanlar var, onları da heç anlamıram😄). Heyif ki, universitetə getmək məcburiyyətində idim, evdən bir xeyli tez çıxmışdım, belə günlərdə avtobuslar bir xeyli gecikir.Hər gün tələsən Bakı, bu gün ehtiyyat edirdi. Dayanacağa çatmaq üçün tələsən avtobus şoferləri yox idi, qatardan çıxıb sürətlə evə çatmağa çalışmırdı heç kim, çünki hamı ehtiyyat edirdi. Mən isə yıxılmadan günü tamamlaya bildiyim üçün xoşbəxtəm👍🏻😄. Belə, dəyərli Steemit Azerbaijan ailəsi. Görüşənədək, oxuduğunuz üçün minnətdaram:)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

yağış yağır inanmıram yarım gözləyir məni djsjskskkskan

Mahnının gerisin yazım deyə, axtarış etdim.
Və sən demə sözlər "Yağış yağır, inanıram yarım gözləyər məni." belə imiş, Ləman, yəni gözləyər inan sən😄

Harda qalıb o qartopu oynamaq. 😅
Qarda ki yıxılmadın nə marağı.))))

O da olacaq, Yeni il tətilində🤗

Qış sadəcə çölə yox bizim evədə gəlib. Maaşallah kələm kimi geyinib gəzirik evdə soyugdan. Ama olsun ,yenədə hava qəşəngdi həqiqətən. Soyuğu sevən biri olaraq deyə bilərəmki çox təmiz hava var çöldə 🤌🏻

Bax bu heç yaxşı olmadı, bari evdə isti olardı😄
Təşəkkürlər🙏🏻

survivordayığ elə bil😂😂😂

Orda ən azından sonunda mükafat alırlar😄

Ehh ilk qardan xəsdələnməyi bacarmışam həmişəki kimi.🤧
Çay üçün evdən çıxanlar həm də yıxılmaq təhlükəsi olanları düşünür, anlamağa nə gərək. 🙃
Maraqlı post üçün təşəkkürlər. 👍

Allah şəfa versin🙏🏻
Çox sağol, işte düşünce😄

Amin. Sən də sağol.🙂

Bu ili də qartopu oynamadan ötürəcəyik🥲

Qartopu oynamaq istəyirsənsə, Qəbələyə dəvət edə bilərəm🤗

Mən Astanadayam , üzürük qarın içində, yaxşı ki qumluqdur deyə su süzülür gedir. Yoxsa Bakının taleyini yaşayacaqdılar

Yenə yaxşı qurtarmısız:)