Həyat gözəldir

in hive-131355 •  3 years ago  (edited)

Salamlar, Steemit Azerbaijan ailəsi. Necəsiz? Günləriniz necə keçir? Mən günlərimi dərs oxuyanda - ay da imtahanda bunları necə yazacam¿ düşünməklə, oxumayanda da "vicdan əzabı" çəkməklə keçirirəm. Son zamanlarda artıq qatardan çox istifadə etmədiyim üçün kitab oxumaq, filmə baxmaq kimi fəaliyyətlərimə bir o qədər də vaxtım olmur. Hə, bu arada artıq birazca tələbəlik həyatına keçid etmişəm. Nə deyirsiz növbəti postlarımdan birində paylaşım mı, bu haqda?😄

IMG_20211207_024347.jpg

Gələk, bir neçə gün qabaq çox çətinliklə vaxt yaradaraq baxdığım filmə.
"Həyat gözəldir"
Olduqca təsirli bir film idi. Adından əslində elə hiss olunur ki, olduqca xoş sonluqla bitəcək, ilk dəqiqələrdən etibarən olduqca müsbət və hərəkətli başlamasına baxmayaraq elə başlayan andan nə isə bu filmin sonu yaxşı olmayacaq deyə hiss edirdim. Necə olacağını deyib, "spoiler"- verim mi? Yox, təbii ki də etməyəcəm, bəlkə, bu postumdan sonra kimsə baxmaq istəyər:)). Deməli, film 2.ci Dünya Müharibəsi illərindən biraz əvvəli əhatə edir. İmkansız olan sevgilərini əbədiləşdirmək adına öz nişanından qaçaraq ailəsi ilə arasını açan zəngin, gözəl, yəhudi olmayan Dora və yəhudi əsilli, ofisiant işləyən, bir yandan da kitab evi açmağı planlayan Guidonun birlikdə qaçması ilə başlayır film.

IMG_20211207_024604.jpg

Film hər şeyin olduqca gözəl getməsi ilə davam edir, iki gənc evlənir və bir uşaqları olur. Guido öz xəyalında olan kitab evini də açır. Bəlkə də, filmin son gözəl səhnələrindən biri bu xoşbəxt ailənin oğullarının ad gününə hazırlaşmasıdır. Daha sonra isə müharibə başlayır. Gerisi də olduqca təsirli davam edir. Mən davamını danışaraq filmin həyəcanını qaçırmaq yerinə, öz təsirləndiyim hissələrdən bir neçəsini qeyd edəcəm. Olduqca ağır zamanlar keçirən, çətin şəraitdə ağır əməklə məşğul olan Guidonun, məncə ən böyük çətinliyi bu vəziyyəti oğluna oyunmuş kimi göstərməsidir. Hər kəs gəlib, başını atıb yatanda, o oğluna gününün necə də maraqlı keçdiyini danışırdı.

IMG_20211207_025612.jpg

Elə bu səhnə bəs edirdi təkcə, insanın boğazında sözlərin düyümlənməsi və dərin düşüncələrə dalmasına. Belə deyil mi, gerçəkdə də. Valideynlərimiz hər daim bizim üçün, gələcəyimiz, rahatlığımız üçün çalışmır mı? Bizlərin planları, arzularını gerçəkləşdirməyə kömək və dayaq olaraq yaşayırlar həyatı. Kədərimizdə bizdən çox kədərlənir, sevincimizdə uçurlar sanki. Hər müvəffəqiyətimiz onlar üçün qürur mənbəyidir, ama yaxşı nəticə əldə edə bilmədiyimiz anlarda da ən böyük dəstəkçilərimizdir onlar. Hər daim böyüklüklərinin üzərimizdə olacağı bir dünyada daha da gözəl günləri yaşayacağımız ümidi ilə🙏🏻. Görüşənədək, oxuduğunuz üçün minnətdaram:)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Artıq filmə baxmağa maraq oyatdınız, çox maraqlı post olub🤗

Nə gözəl, çox sağolun☺️

Maraqlı filmə oxşuyur, imtahanlardan sonrakı planlarda yer aldı deyərdim. 😆👍.

Elədir,bəli👌🏻
Sənin plan dəftərinə düşdüsə nə gözəl😄

Bir film haqqında ancaq bu qədər gözəl yazılardı.. ❤️

Təşəkkürlər🙏🏻
Şımartıyorsunuz..❤️

🤗❤️

İzlədiyim müharibə mövzulu maraqlı filmlərdən biridir, izləməyə dəyər)

Məncə də, çox sağol, Almaz☺️