Salam, Steemitçilər. Necəsiz? Sadəcə imtahan hazırlaşmaqdan ibarət olan günlərimdə sizə "The diary game" yaza bilməyəcəyim üçün, istirahət etməyi nəzərdə tutduğum vaxtda haqqında post yaza biləcəyim, həm də özümə maraqlı gələn bir videoya baxdım.
İlk əvvəl youtube-dan tanış olduğum Haluk Tatarı daha sonra yazar kimi tanımışam. "Zafer Sızlanarak Kazanılmaz" təsadüfən oxumağa başladığım, ama mənə yaxşıki başlamışam dedirən bir kitabdı. Bitən sonra, yəqin, bir neçə post həsr edəcəm o kitaba. Keçək mətləbə😄
"Həyat necə 'kaliteli' yaşanar?"
H. Tatar bu suala cavabı 12 maddədə verib, özü də çox maraqlı. Mən də bu maddələrdən bir neçəsini sizlərlə paylaşacam. Hamısını niyə paylaşmıram? Çünki yazmağa hələ çox post lazım olacaq. Qalsın başqa səfərə😄. Steemitdəki topluluq hər yaşdan olan insana ev sahibliyi edir. Ona görə də, verəcəyim bu suala cavablar müxtəlif olacaq. - "Həyatımı nə qədər keyfiyyətli yaşamışam və ya yaşayıram. Adətən yaşca böyük insanlar bu sual haqqında düşünəndə keçmişə nəzər salsalar da, daha gənclər isə olduqları zamana görə dəyərləndirmə aparırlar. Bəzən heç nə keçmiş, nə gələcək lazım olur, gün bitəndə-" bax mən bugün nə etdim"- deyir adam. O ki, qaldı il ötə, ömür keçə, sonda da əldə-ovucda bir şey olmaya.
•Daha çox yaşa
Bu necə olur? Gün ərzində boşa keçirdiyimiz o qədər çox vaxt var ki, nəyə gedir boş vaxtımız, bunu aydınlaşdırıb aradan qaldırmalıyıq. Mən deyərdim ki, ən çox sosial mediaya sərf olunan vaxt heyifdi. Tez qalxın, gec yatın desəm? Tələbənin imtahan ayları düzgün rejimi olmur deyə, bu tövsiyyəni mən tətbiq edə bilmirəm, düzü. Ama siz edə bilərsiz).
•İnsan qazanın
'Yatırımınızı insana edin'. Həyatınızda sizə faydası olacaq, etdiyiniz yaxşılığın qarşılığını ala biləcəyiniz insanlar olsun deyir Haluk Tatar. Ətrafında ən çox düşündüyüm maddə bu oldu mənim. Çünki bu söhbətdə tam əks fikrə sahib idim. Elə bu da başqa bir postun mövzusu olsun.
•Sadə yaşayın
Sizlərlə bugün paylaşacağım sonuncu və ən sevdiyim maddə. 'Sadə yaşa'. Düşünəndə belə insan daha da yüngül olur. Bir işə başlayanda, yeni bir məşğuliyyət tapanda və s. işi çətinləşdirib, ən mükəmməlini etməyə çalışaraq imkansız hala gətirməyə ehtiyac yoxdur.
Maraqlı kitab oldu. Hədsiz çox məlumat olsa da, demək olar əksəriyyəti gündəlik qarşıladığımız ama diqqət etmədiyimiz məqamlardan ibarətdir. Hələ bitmiyib? Görək sonda verilən tapşırığa əməl edəcəksinizmi. 😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kim deyib bəs o kitabı, bir müddətlik fasilə vermişəm imtahana görə. Sonda tapşırıq da verilirmiş¿
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit