Hiss edilən hər şeyə cümlə qurulmadığını bilirdik də, ama heç bu qədər dərindən dərk etməmişdik. Bəzən bütün qüvvənizi toplayıb bir kəlmə sözü, bir təsəllini demək istədiyiniz zaman gözyaşlarınız qalib gələr ha... Hansı ki, o sözə qarşı tərəfin çox ehtiyacı vardır.
Hər keçən gün, hər yaşadığım təcrübədə hələ də həyatın çox az bir hissəsinin mənasını dərk etdiyimi anlayıram. Dərk etdikcə görürəm ki, həyatımıza, orda var olan və bizim var olmağımıza səbəb insanlara qarşı sevgimiz uşaqlığımızdaki kimi rəngarəng, verilmiş bir dəstə çiçəklə göstəriləbiləcək dərəcədə deyil. Fədakarlıq, qayğı, itirmə qorxusunu eyni anda bizə yaşadanlara qarşı hiss etdiklərimizdir-sevgi. İtirmə qorxusu, bəli. Əvvəllər tək özümün böyüdüyünü düşünürdüm, mən böyüyürəm, qalan hamı öz yaşında qalır, ancaq indi anlayıram ki, mən cavanlığa, sevdiklərim isə qocalığa doğru gedir. Deyirəm axı böyüdükcə çox şeyi daha dərindən dərk edirəm.
Özümüz də bilmədən birini son dəfə qucaqlayır, danışırıq. Bunlar yaxşıdır hələ. Bir də heç fərqində olmadan ertələdiyimiz zənglər, demədiyimiz sözlər vardır, bilsək ki, bunları etməyə bir də imkanımız olmayacaq, edərik mi, heç... Sonu məlum olan bu dünyada sevgini heç ertələmədən hiss etmək və ettirmək lazımdır. Gec anlamağın bir işə yaramayacağını bildiyim üçün deyirəm ki, sevdiklərinizə ayıracağınız zaman, həyatınızdaki bütün hər şeydən daha vacibdir. Görüşəcəyimiz ümidi ilə, sağlıqla qalın.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Necə də dərin məna var yazdığında, ürəyinə sağlıq. 🙏🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Nə xoş mənə, təşəkkürlər♥️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təklif edirəm ki, Aybəniz post yazmağı dayandırmasın. Yoxsa böyük itki olar.
Elə yazının nə qədər gözəl olduğunu da cümlə ilə ifadə etmək olmur.🤌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Necə gözəl sözlərdir bunlar, təşəkkürlər🙂🙏🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sizin kimi. Buyurun xoşdu. 🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit