Salam, Steemitçilər, necəsiz? Cümə axşamlarının verdiyi rahatçılıqla nə edirsiniz? Mən təqdimat hazırlayıram məsələn, yenə son günlərə saxlamağı bacarmışam. Deməli, bizim tətildə keçmədiyimiz dərsləri mütləq əvəz edib keçməliyik, bu qayda da Sabah qruplarına aiddir, yəqin oxuyan uşaqlar üçün yaxşıdı, amma mən heç sevmirəm, əlavə dərslərin çoxsunda da olmuram, bugün isə getmişdim. Sən demə heç kim sevmirmiş əlavə dərsləri, cəmi 7 nəfər idik, müəllim yenə də keçdi dərsi. Hə, bir də bugün dərs keçdiyimiz otağı çox bəyəndim, bizə heç elə otaqlar verməzlər. Uzun zaman sonra ilk dəfə universitetdə şəkil çəkməyə qərar verdim.
(İndi siz otağa baxıb bəyənməzsiniz, amma dərs keçməyin rahat olduğu üçün bəyəndim mən )
Sanki şəkil çəkdim deyə evrene mesaj getmişdi və o da mənə geridönüş edirdi. Həftədə ən azı 2 dəfə yanından keçdiyim bu bitkilərin üzərindəki yazılar dəydi gözümə.
Bir növ çarəsizlik kimi görünür, əgər ora sonunda nida işarəli bir cümlə yazsaydılar bir nəticə ala bilməyəcəkdilər. Tərs məntiqdi bir növ
Daha sonra isə laboratoriya dərsimiz var idi, müəllim keçən dərs bizə bir qurğu göstərəcəyini demişdi, dərsin sonuna yaxınlaşdıqca müəllim bekarlıqdan bizə suallar vermək istəyirdi, dedim tam zamanı və müəllimin yadına saldım. Getdik həmin qurğuya baxmağa. Beş- altı nəfər tələbə getmişdik, hə, uzağa da getməmişdik sadəcə yan otağa keçmişdik.
Orda da şəkil çəkdim, böyük qurğularla ilk dəfədi tanış olurduq. Müəllim iş prinsipini başa saldıqdan sonra otağa qayıdanda elə yenə 5-6 nəfər idik, digərləri getmişdi. Mən bugün universitetdə keçirdiyim zamandan razı qaldım. Günüm ümumilikdə yaxşı keçdi deyə bilərəm. Bu qədər əlavə bəsdir, məncə, @revan746 , gələk indi mətləbimizə
Bayram tətilindəki gəzməklərdə yaxşı postluq söhbətlər etmişdik, daha doğrusu söhbət edirdik, o sırada mən bunları post olaraq yazmağı düşünürdüm. Biz qonaq getdiyimiz yerə direktorumuz da gəlmişdi, orta məktəb vaxtı müəllimlərlə əlaqəli qohumlarımıza getməməyə çalışdırdım, tələbə olan sonra isə biraz fərqlidi. Bəlkə də, sadə olan ama qürurla deyə biləcəyim çox şey var deyə artıq müəllimlərlə qarşılaşmaq arzuolunandır.
Söhbət elə "söhbət etməkdən" gedirdi. Daha doğrusu son zamanlarda söhbət edilməməyindən. Bizdən böyüklərin texnologiyanın inkişafına olan münasibəti olduqca fərqlidir. Tamamilə razı olanlar da var, yaxşıdı ama düzgün istifadə olunmur deyənlər də. Tək telefon, internet haqqında deyil, yediyimiz qidadan tut, təhsilə qədər fikirlər - 'hər şey ancaq sovet dövründə yaxşı idi' olur. Müəyyən qədər onlara haqq verirəm. Bu dəfə böyüdüyümü vurğulamaq fikrində deyildim, amma post özü bunu tələb edirdi. Elə məqamlar var ki, bəzən mən də öz dövrümdən yanayam, daha doğrusu gələcək dövrün yaxşı olmadığını düşünürəm. Ama hansı məqamlarda?
Məsələn, bir neçə gün əvvəl bayram idi, mənim balacalığımdaki bayramla, bacım oğlunun indiki bayramı eynidir? Əlbəttə, yox, insanlar uzaqlaşıb, hər kəs özünə olub. Mənin müqayisə etdiyim 5 il əvvəllə indidirsə, bir də böyüklər 20-30 ilin söhbətin edirlər. Onlar üçün dəyişiklik daha çoxdur. Keyfiyyət məsələsinə gəldikdə isə, bu pis haldır ki, niyə inkişafın çoxalmasına baxmayaraq təhsil yaxşılaşmır? Təhsil bir kənara ünsiyyətin azalmasından da bir növ dad edirdilər. Keçmişin qoxusunu hiss etmək istəyirlər, keçmişdə qonaqların necə deyərlər "çat kapı" gəlməsinin belə marağını indiki qonaqlıqlar vermir. Bəzi məqamları çıxmaq şərti ilə mən inkişafdan, yenilikdən yanayam✌🏻. Düzgün istifadə edərək əla nəticələr əldə edə bilərik.
Keçmişin qoxusunu hiss edərək, hər daim yeniliyə doğru getməmiz diləyi ilə. Oxuduğunuz üçün minnətdaram🙏🏻
Bugün,gələcək əlbəttə keçmişdən qat qat üstün hesab edilə bilər.nə mənada;informasiya ,texnologiya,iş rejimi ,bunlarda öz növbəsində daha çok biliyi daha asan və daha tez əldə etmək,əvvəlki zamanların problemlərinə indi həll tapmaq ,iş rejimini daha daha intellektual daha səmərəli şəkildə həyata keçirmək və s.bu kimi hallarda indiki dövr dəstəklənir.ancaq mənəvi məsələlərə bu sözü deyə bilmərəm.əvvəllər ən azından çoxları öz mənfəətin düşünmədən bir - biri ilə münasibət qururdular,indi isə çoxları öz problemini həll etməkdə alətə çevirə bilmədikləri insandan kənar qaçırlar .🤧çox uzatdım yenə ❤️❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Əlbəttə, elədir, əsas olan da bu inkişafdan qalmadan mənəvi məsələrimizdə geriləməyək. Rəyin üçün çox təşəkkürlər🤗♥️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Düşündüyüm otaqdırsa mənim də yeganə bəyəndiyim otaq odur. Ona görə ki partalar yaxşıdı, rahat oturmaq olur, mənə uyğundu. Ama çox partadan səs gəlir tərpənmək olmur.😄Yəqin İradə məllimin dərsi olub.
Ünsiyyətə gəlsək məncə də heç yaxşı hala gəlməmişik.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Elədir ki, var✌🏻. Yenə bütün mənfi enerjisi ilə tam rejimdə idi:(
Hər tərəfli yaxşı ola bilməz deyə elə partadan səs gəlir😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
✌🏻✌🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aleykum SALAM. Sinif otağı gözəldir. Səliqə və genişliyi cəhətdən...Belə yerdə oxumamaq insanın öz ağılsızlıqdır(kobud səslənsə də reallıq budur.) Əslində o yazılarla müraciət tonu çox gözəl politikadır. Bir çox insanın xislətində varki, nəyi qadağan edirlərsə ona yönəlir. Bir növü psixolojidir, egodan irəli gəlir. Yazıya görə daha bir əlavəm də budurki, "şirin dil ilanı yuvasından çıxarır..." Yəgin ki, nə demək istədiyimi anladınız. Eləcə də evdə: Nəsə səhv hərəkətimiz olanda böyüklərin hirslə, hərbə zorba gəlməklə başa salması yaxşı olar yoxsa, şirin-şirin deməklə? Yəni bunu belə etmə, doğru hərəkət deyil, sənin üçün neqativdir, ağıllısan, belə hərəkət sənə yaraşmır və sair pozitiv yanaşmalar. (Burada Sən deməklə sizə müraciət etmirəm ümumən deyirəm.O "Sənin" yerində Mən vəya başqası da ola bilər...) Neqativ bir şeyi pozitiv açıqlamalarla insandan uzaqlaşdırmaq... Belə psixoloji təsirlə insan istər düşünmək təsiri altına düşür. Çünki, pozitiv sözlərlə damarı yumşalıb və daha dərindən düşünə bilir.. Necə ki, hirsli başda , egolu insanda ağıl olmaz kimi...
Həyat getdikcə daha da ucuzlaşır. Mənəviyyat cəhətdən deyirəm. Kimisə özüvə yaxın hiss edirsən sonda insana kürəkdə elə zərbə endirirki, başqasına inanmağın gəlmir. Hələlik bu qədər. Dərslərinizdə də uğurlar.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Elədir, əlbəttə, psixologiya ilə bağlı qeyd etdiyiniz hər şeyə qatılıram. Çox sağolun rəyiniz üçün🙏🏻🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Anlayışlı qarşıladığınız üçün mən Təşəkkür edirəm☺️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Laboratoriya mövsuzunda birşey demək istəyirəm, bizdə işlər üçün qurğulardan istifadə edirik, laborant bu yerdə kömək etməli , işi etməyimdə yardımçı olmalıdı deyil mi? Bizim laborant deyir özün et , necə yəni özüm edim!? Ömrümdə qurğu görmüşəm mən?😄 Ataların sözü olmasın, "evdə bişməyib, qonşudan gəlməyib" . Sanki mən evdə qurğularla işləyirəm😢 Hər nəysə, texnologiyanın inkişafına gəlsək, məncə 90% yaxşı irəliləyir, problemin insanlarda olduğunu düşünürəm. Böyüklərdən həqiqətən texnologiyanın inkişafını bizə çox görənlər, buna və bizə ikrah hissi ilə yanaşanlar çoxdu bunu inkar etmək mümkün deyil. Amma qalanına qalsa həqiqətən təəssüflənən və təqdir edənlər də çoxdu. Bu da insanın özünün doğrularından asılıdı biraz məncə. Kimə görə doğru olan mənə görə doğru deyil və bu məncə müzakirə olunacaq birşey də deyil. Eh nəysə, zatən nə bizim nə də böyüklərin fikirlərini dinləmir texnologiya. Başın alın gedir öz işinə ))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bizdə tək işləməyə qoymurlar bizi, mən hələ də laboratoriyada işləyəndə çəkinirəm, düzü bizim işimiz kiçik qurğularla olur, amma yenə də. Diqqətli olun siz😄
Əlbəttə, elədir, insanlar əllərindəki fürsəti dəyərləndirə bilmir, yoxsa bu hamı üçün böyük bir şansdır. Rəyin üçün təşəkkürlər🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
laborantımızın mənlə şəxsi qərəzliyi olduğunu düşünürəm, çünki sadəcə mənə qarşı elədi😶❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sənə həyatın hər üzünü göstərməyə çalışır😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations!
Your quality content qualifies the Steem Global Curators guidelines.
Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🙏🏻🙏🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit