Bir insanın çiyinlərinə dağlar qədər dərd qoya biləcək gücə sahib bir cümlə. Səndən gözləməzdim...
Edilən hərəkətin səhvliyi deyil də, sanki o an boşa çıxmış gözlənti hissi yaradır xəyal qırıqlığını. Ən çətini də odur.
Bizlər digər insanlar haqqında özümüz də fərqində olmadan bir profil yaradırıq. Bu profili yaradarkən həmin şəxsin etdiklərindən tut, danışdığı sözə-söhbətə qədər hər şey öz rolunu oynayır. Bəzən o qədər mükəmməl bir şəxs yaradırıq ki, beynimizdə onun etdiyi ən kiçik bir hərəkəti belə ona yaraşdırmaz, ondan gözləməz hala gəlirik. Mənim üçün ən çətin andır, bu cümlənin mənə qarşı qurulması, bəzən istəmədən qarşımızdakinin gözləntilərini boş qoya bilirik, təəssüf ki.
Məsələn, mən məktəb vaxt yaxşı oxuyan şagirdlərdən idim, bəzən tapşırığı etmədən getmək istəsəm də, yenə məcbur yazırdım, axı müəllimin məndən gözləntisi var, o əmindir ki, mən yazacam və tapşırığını yazmayan uşağa mənim dəftərimi nümunə göstərəcək. Bu il tarix imtahanında da bu hadisəyə oxşarını yaşadım, semestr boyu tarixi yaxşı oxumuş tələbə idim, imtahana nə qədər yaxşı hazırlaşsam da, yenə də əla deyildi. A aldım, bəli, amma C alıb çıxdığım elə imtahan var ki, bundan daha çox sevinmişdim, niyə? Çünki tarix müəllimim mənə dedi ki, ən böyük ümidim sənə idi, belə cavab gözləməzdim səndən, bu cümlə məni dərin kədərləndirmişdi. Əlbəttə, dərs çox sadə bir nümunə idi, həyatın digər anlarında da bu prinsipə çox fikir verən biriyəm.
Bəzən isə insanlar heç gözlənilməyəcək insanlara çox dəyər verib, böyük gözləntilərə girirlər, qaçınılmaz son gəldikdə isə xəyalqırıqlığı da, əlbəttə, qaçınılmaz olur. Mən deyərdim ki, həyat insanlarla doldurulacaq bir yer deyil, dəyər verib sevdiklərinizlə birlikdə yaşamağınız diləyi ilə💤
Sabahınız xeyir həmişə mendede belə olub ki esmer özü imtahan verib uşaqları da yazdiracaq
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Elədir🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xəyal qırıqlığı😊bu mənim duyğularımı şahı😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xəyallarını qırmağa icazə vermə💤✔️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bu da imtahanın fəsadları😄
Əslində yazdıqlarınız doğrudu məncə də. 👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Post təsdiqləndi deyə bilərik də hə?✔️😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bəli təsdiqləndi 😎😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Əla😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit