Tətilin həzin sonu💤

in hive-131355 •  3 years ago 

Salam, Steemit Azərbaycan ailəsi, necəsiz? Günləriniz necə keçir? Tətil bir gözqırpımında bitdi elə bil, bacımgil tələbə olub tətildən qayıdanda evdə yaranan boşluq, darıxma hissini yaşadığım üçün evdən ayrılmaq istəmirdim, həm də bacımgilin də vaxtilə yaşadığı hissləri anladım. Bir sözlə 15 günlük tətil "hasret gidermeye" yetmir. Amma məcbur, nə edəsən dərslər başlayır🥲

IMG_20220211_225029.jpg

Keçən semestr bir müddət tələbəlik həyatının digər üzünü də görmüşdüm. Çətin olsa da, maraqlı, öyrədici anları var idi. Bir çox şeyi müstəqil etməyi bacarmaq lazım idi, ilk başlarda adaptasiya olmaq istəməsəm də daha sonra dedim ki, -bunlar yaşanılası gözəl günlərdir. Gün ərzində nə qədər yorulsaq da yenə də etməli olduğumuz bir çox şey var idi, bəlkə özümə qalsa yemək yemədən yatacağım gün növbə məndədir deyə məcbur yemək bişirmək var məsələn. Pulun idarəsini, qiymətlərin normal olmadığını, ən əsası da məsuliyyətin nə qədər önəmli olduğunu öyrəndim. Elə öyrənməklə də kifayətləndim, çünki yenə bacımgildə qalacağam😄

IMG_20220216_222713.jpg

Tələbə gedərkən evdə "sumka" yığılanda yaşanılanları bilən bilər, bir də düşünün nəvə yanına gedəcək o sumka, nəvəmiz hələ dil açmasa da, xüsusi istəkləri də yox deyildi.🤗 Hər nemətdən qoymaq istəyirdilər valideynlərim, amma bir yandan da ağır olmamalı idi ki, mənim gücüm çatsın😄

IMG-20220215-WA0042.jpg

Nə qədər böyüsək də hələ də valideynlərimizin gözündə balacayıq, indi də bizim üçün qayğılanırlar və həmişə bizlər üçün yaşayırlar. Nənə- baba olmaq daha da bir fərqli duyğudur, sizin gözünüzdə balaca olan övladınız öz övladını böyüdür. Haqqları ödənməz valideynlərimizin, Allah hər birini qorusun🙏🏻. Dəyərli Steemit ailəsi, oxuduğunuz üçün minnətdaram. Bir post da, bir tətil də beləliklə bitdi.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Tələbə evlərində hələ də bayram havası var, sumkalar doludur))

Bir müddətlik bayram😄

Çox duyğusal bir post olub əllərinə sağliq😘

Çox sağolll♥️

Tələbəlik illəri çox gözəldir

Gözəl anları var, bəli😄