Salam, Steemitçilər, necəsiz? Bir müddətdir günlük post yazmırdım, gün ərzində ancaq imtahana hazırlaşdığım üçün yazacaq bir şeylər tapa bilmirdim.
Dünən də bir imtahanımızı verdik və nəhayət qaldı sonuncunu vermək. Sonlara yaxın artıq səbrim də, gücüm də azalır. Hətta gücüm o qədər azalıb ki, dünən imtahan verəndən sonra hələ indi yaza bilirəm postu. Havalar daha da isinməyə başlayır. Dünən ən isti gün idi deyə bilərdim. Son bir həftə üçün geri sayımı başladıb, gözləyirəm.
Gəlin sizə qazandığım hədiyə kitabımdan danışım. Aktiv olaraq instagramda 'giveaway'-ə qoşulan biriyəm. Qazanmışlığım da var. Deməli, nə vaxt qoşulduğumu unutduğum bu giveawaydan 1984 kitabını qazandım. Gözləmədən gələn belə kiçik sürprizləri çox sevirəm. Kitabı oxumaq üçün isə imtahanların bitməsini gözləyirəm.
Bəs daha sonra? Gün Doğmadan, Gün Batmadan, Geceyarısından Önce- ardıcıl 3 bölümdən ibarət olan bu filmə aralarda az-az vaxt edərək baxmışam. Mən ən çox "Gün batmadan"-ı sevdim, izləməyə dəyərdi. Digərlərinə isə sadəcə hekayənin ardıcıllığı pozulmasın, sonunun necə olacağını bilim deyə baxdım. İzləsəniz səs edin✌🏻. Demək olar bir həftə ərzində etdiyim hər şey bu qədər imiş;). İndi növbəti imtahana hazırlaşmaq lazımdır. Hələlik, Steemitçilər. Oxuduğunuz üçün təşəkkürlər🙏🏻