Uşaqlıq..❤️

in hive-131355 •  3 years ago 

Salamlar, Steemit Azerbaijan ailəsi. Necəsiz? Günləriniz necə keçir?

IMG_20211213_203414.jpg

Yeni həftə yeni başlanğıclar üçün ideal zamanlamadır fikrim uşaqlıqdan bəri öz gücündə qalır. Təkcə həftənin ilk günü deyil, həm də yeni il, yeni ay da başlanğıclar üçündür deyə düşünürəm:) Dekabr ayı öz sürəti ilə sona doğru yaxınlaşır. Yenə uşaqlıqdan qalma bir xasiyyətim də var ki, bu ay girdimi mənim üçün qış fəsli sayılır, 10-undan sonra da "Yeni il"-dir😄 Elə şəhərdə də abu-hava eynidir. Evdə ailəsindəndən uzun israrlardan sonra yolka qurmaq üçün icazə alan balacalar kimi şəhərdə indidən hər tərəfini bəzəyib. Hələ uşaq olmağıma baxmayaraq elə indidən uşaqlıq üçün darıxmış sayıla bilərəm.

IMG_20211213_205104.jpg

Böyük xəyal dünyalarımızda gerçəkləşdirmək bizə çox çətin gələn amma bir o qədər də kiçik gözləntilərimiz, həvəslərimiz vardı. Bizim üçün yeni ilin mənası qurulan yolkalarda, hər tərəfdə ara-ara yüksələn partlayıcıların səslərində, kağızdan düzəltdiyimiz bəzəklərlə bəzədiyimiz sinif otaqlarında idi. Təqvimlə heç kim maraqlanmırdı. İlin dəyişməyi bizim üçün çox da məna kəsb etmirdi. Verilən hədiyyələr idi maraqlı. Saat 12-inin tamam olmasını partlayacaq fişənglərin göy üzündəki mənzərəsini seyr etmək üçün gözləyirdik. İllər keçdi, hər 12 tamam olduqca artıq bizdə böyüdük. Yenə eyni hadisələr eyni formada yaşanır və artıq biz bunları yaşayan tərəf yox, böyük biri kimi evimizdəki balacaların sevinclərində, gözləntilərində görürük.

IMG_20211213_203825.jpg

Kiçik istəklərinin gerçəkləşdirilməsi onlara dünyaları verməyə bərabərdir.
İndi isə böyümüşük, hər şey çox fərqlidir. Düşüncələrimiz, düşündüklərimiz dəyişib, istəklərimiz böyüyüb, onları əldə edə bilmək üçün çox çalışırıq, əldə də edirik, amma hiss etdiyimiz xoşbəxtlik hissi kiçilib:( Bunda yaşın təsiri var bəlkə də.. Yaşınız böyüdükcə, ruhunuzun uşaqlaşması diləyi ilə. Görüşənədək, oxuduğunuz üçün minnətdaram🙏🏻

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Heç əlim gəlmir yolkaya şəhidlərimiz gözümün önündə canlanır nə qədər şəhid balaları atasız yeni il qarsilayir

Allah bütün şəhidlərimizə rəhmət etsin.
Sadəcə ,yeni il günü yolka qurmamaqla yox, həyatın hər anında onları hörmətlə anıram və belə də olmalıdır. Rəyiniz üçün təşəkkürlər🙏🏻

mən hələ də uşaq qalmışam diyəsən :D

Sən de görüm Şaxta babaya məktub yazdın mı?😄

Mən bəlkə şaxta baba'ya məktubumu buraya yazım. 🤭

Gözəl olar, məncə 👌🏻❤️

Ehh uşaqlıq, birdən birə getdi sanki. Yeni ilin yeni təcrübələr gətirməsi diləyi ilə. 🙂

Ruhun uşaq qalsın o zaman😄
Təşəkkür edirəm🙏🏻

Hər anın şübhəsiz öz gözəlliyi var. Böyüklükdə bəzi gerçəklərin fərginə varılır deyə uşaqlıq kimi olmur əlbət amma hərəsinin öz yeri var mütləqki 💜🤝🏻

Gözəl vurğulamısan🤝🏻