Salam. Necəsiniz? Bütün dünyada səhər yeməyinin əsas komponentləri üst - üstə düşür. Yumurta, pendir, şirin çay, cem, süd və bu qəbildən olan yeməklər. Amma hərdən adam menyüsündə dəyişiklik eləmək istəyir. Üstəlik də evdə səhər yeməyi üçün çörək olmadığında bütün kulinariya marifetlərini işə salmalı olur. Bizdə də həmin o vəziyyət idi. Bir baxdıq ki, çörək qurtarıbmıış, yaxındakı market də bizdən xeyli uzaq olunca qeyri-ənənəvi yemək hazırlamaq qərarına gəldim. Pendirli kökə. Evdə də hər cür ərzaq vardı. Qatıq, pendir, un, soda və ələ yapışmaması üçün duru yağ. Qatıb xəmir yoğurdum. Xırda köndələr hazırlayıb elə əlimdəcə yayıb yağda qızartdım.
Beləcə, səhər yeməyi hazır oldu. Həm dəyişiklik, həm də dadlı yemək oldu. Sizə də oxuduğunuz üçün təşəkkürlər.