Bədbinlik

in hive-131355 •  3 years ago 

Bədbinlik ümidsizlik, gələcəyə dair inamını itirməkdir. Bədbin insan ümidsiz, həyatın pis olduğunu düşünən və yaxşı olacağına inanmayan insanlardır. Onlar həyatı "boş vermiş" şəkildə yaşayarlar. Özlərini tamamilə həyatın axışına buraxarlar. Nə üçünsə mübarizə aparmağı dayandırarlar. Xəyallarını gerçəkləşdirməyə çalışmazlar. Hətta bir xəyal belə qurmazlar. Həyatın çox mənasız, çətin, dözülməz və sadəcə acılarla dolu olduğunu düşünərlər. Çox zaman bu bədbinlik xəstəliyinə yaşanılan hansısa pis bir hadisə, güvəndiyin insandan alınan zərbə, çox inanıb ümid bəslədiyin bir şeyin olmaması, xəyal qırıqlığı səbəb olar.

child-4761155_1920.jpg

Bəzənsə həmin şəxsin boşluğa düşməsi səbəb olar. Məsələn istədikləri xəyalları həyata keçirərlər, bütün məqsədlərinə çatarlar, artıq edəcək bir şey olmaz boşluğa düşərlər, depressiyaya düşərlər və bədbinliyə qapılarlar. Bu bədbinlik xəstəliyindən qurtulmaq mümkündür. Amma güclü iradə tələb edir. Əgər ətrafınızda pozitif insanlar varsa işiniz daha da asanlaşar. Onlar sizə həyatın pis bir yer olmadığını, həyatın əyləncələrini, yaxşı tərəflərini və hər şeyə rəğmən yaşamağa dəyər olduğunu göstərərlər. "Nəyi çağırsan, o da gələr". Pisi çağırsanız, pis gələr. Yaxşını çağırsanız, yaxşı. Nə axtarsanız, fikrinizi o axtardığınıza verərsiniz və digər şeyləri önəmsəməzsiniz. Buna görə siz pis şeyləri düşünmək yerinə, yaxşı şeylər düşünün ki, həyat da qarşınıza yaxşı şeylər çıxarsın.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

THANK YOU for sharing an interesting post. We really appreciate it by vote for your beautiful work. We hope you can also contribute with us in Steem Entrepreneurs Community
IMG_20210719_013602.jpg
Regards - Wish U have wonderful day