#club5050... Meyvələrdən 3 meyvə var.) (beneficiaries for Steemit Azerbaijan)

in hive-131355 •  3 years ago 

Salam, hər vaxtınız xeyir olsun. O məşhur mahnını hamınız tanıyırsınız. Meyvələrdən 3 meyvə var, biri alma, biri heyva, biri nar. Alma bizim yerlərin məşhur meyvəsidi. Özünü təzəcə tanımağa başlayan uşaqdan soruşsan ki, hansı meyvəni tanıyırsan? Birinci almanın adını çəkəcək, daha sonra armudun. Armud ən sevdiyim meyvələrdən biridi. O məşhur mahnıdan danışanda o məşhur məsəli də çəkəm gərək. Meşədə armudun yaxşısını ayı yeyər.

IMG-20220818-WA0000.jpg

Bu armudu ayı yeyə bilməyəcək, çünki bu armud ağacı bizim həyətimizdədi. Bir məsəl də var ki, xəstə tələsər, armud vaxtında yetişər. Meyvələr haqqında kəsərli misallar elə deyəsən armud haqqındadı:)

IMG_20220817_182128.jpg

Hardasa sentyabrın ortalarında bu armud yetişəcək. Yağ kimi yumşaq, sulu olur. Armuddan danışdıq, elə o ağacın yanındakı qəndisinab almanı unutduq. O da dadlı almadı. Turşaşirin uzun alma.

IMG_20220817_182118.jpg

Bir sözlə, bütün meyvələr ləzzətlidi, çalışıb məkanında və zamanında tükətməli. Oxuduğunuz üçün təşəkkürlər.
@aydanismayil

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!