Təsadüf bizim planımız xaricində baş verəndir. Yəni, biri var planlayıb etmək, biri də var ki, təsadüfən olması. Təsadüf gözəl şeydir. Təsadüfən tanışdığımız insanlarla daha xoşbəxt olarıq. Təsadüfən yatıb qaldıqda daha rahat yatarıq. Təsadüfən getdiyimiz yerdə daha çox əylənərik. Təsadüfən yediyimiz bir şeyi, təsadüfən eşitdiyimiz bir mahnını daha çox bəyənərik. Hər şeyin təsadüfən olanı daha gözəl olar.
Bəzi insanlar təsadüflərə inanmır, təsadüf deyə bir şeyin olmadığını deyir. Mənim fikrimcə isə təsadüf var. Təsadüf gözləmədiyimiz, planlamadığımız hadisədir. İnanmayan insanların həyatların da heç mi gözləmədikləri, planlamadıqları bir şey baş vermir? Bu mümkünsüzdür. Hər şey bizim planımızla olmur. Bəzən biz öz planımızı qurarıq və tam fərqli olar. Təsadüfün bir mənası isə olması zəruri olan bir hadisədir. Yəni bizim üçün gözlənilməz olsa belə, plansız baş verdiyini düşünsək belə qismət deyə bir şey var. Hər bir şey Allah tərəfindən planlanır. Biz nə qədər bundan qaçmaq istəsək də onun olması zəruridir və olacaq. Bəzi insanlar bununla da razılaşmaya bilər. Bu da inanc məsələsidir Qısacası, məncə, təsadüf var və biz bu təsadüflərin dadını çıxartmalıyıq. Çünki sonradan təkrarlamaq istəsək belə təsadüfən olanın zövqünü, yerini vermir.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.
.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit