Sevimli dostum🐱❤

in hive-131355 •  3 years ago  (edited)

Salam Steemit Azerbaijan ailəsi.Ümid edirəm gününüz yaxşı keçir.
Postuma Arthur Scopenhauer'in ifadəsiylə başlamaq istəyirəm ."Heyvanlara qarşı acımasız olan , yaxşı bir insan ola bilməz".
İndi isə sizi mənim 3 ildirki həyatımda olan və mənə çox ama çox əziz olan Suzimlə tanış edim.

Screenshot_2019-12-14-19-22-25-131_com.instagram.android-01.jpeg

Suziylə tanışlıq hekayəmiz çoxda xoş deyil əslində.Amma olsun sonumuz yaxşıdır.Yaşadığımız evin aşağı hissəsində qapısı bağlı kiçik bir yer vardı.Evə gəldiyim zaman pişik balasının səsini eşitdim.Səsi eşitməzlikdən gələ bilməzdim.Və səs həmin qapalı yerdən gəlirdi.Qapıda qıfıl vardı və onu açacaq heçkim yoxidi.Bir müddət sonra qapını aça bildim(daha doğrusu qıfılı daşla qırdım😄)....Çox balaca idi titrəyirdi, ac və susuz idi...Cəld evə apardım yemek ,su verdim daha sonra dərhal veterinərə.Çox şükür sağlam idi.Evə gələn kimi yatdı və aylar keçdi böyüdü mən onsuz oda mənsiz qala bilmirdi) Artıq 3 ildir mənim həyatımdadır.Ailəmizin bir parçasıdır.

Screenshot_2019-12-14-19-25-33-656_com.instagram.android-01.jpeg
Ailəm qətiyyən evə pişik girə bilməz deyirdi, indi bir birlərindən ayrıla bilmirlər.Evimizə sözün əsl mənasında hüzur gətirdi😌
Son olaraq bunuda qeyd edim.
Onları ac və susuz saxlamayaq.
Qış ayları olduğu üçündə maşınlarınızın motorxanasına, təkərlərin üstünə, arxa tərəfinə diqqət edək isinmək üçün orda yata bilərlər.
Onları sevin,onlar onsuzki sizi sevəcək🌸
Hərzaman sevgiylə qalın❤

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Fərqinlədik yaratmağın çox gözəldi. İrəli gedəcəyinə inanıram, gələcək postları səbirsizliklə gözləyirəm ✨🌸

Çox sağol Alsu❤Təşəkkür edirəm🌸

Həqiqətən çox şirindi 😍.

Çox sağolun🌸😍

Pişiklər çox gözəl heyvandır. Biz də həmişə olur pişik.

Bəli məncədə.😊

Pişiklər çox gözəl heyvandır. İnsanın üzündə təbəssüm yaradır , şirin olurlar.Suzi də çox şirindi:))

Çox sağolun🌸❤

Maraqlı posd idi. Ama Suzidən biraz qorxdum😅

Çox sağolun.Amma niyə?)😄

Şəkildə biraz vahiməli düşmüş kimi oldu 😅

Çox az aqresivdi😂