Uşaqlarımıza düzgün istiqamət

in hive-131355 •  4 years ago 

Uşaq ikən gördüyümüz mənzərələr o qədər önəmlidirki,gələcəkdəki seçim və zövqlərimizin formalaşmasinda!!!
Çünki hər biri ruhumuza işləyir.Məsələn uşaq ikən SSRI çizgi filmlərində göl mənzərələrin üzərində həmişə zambaq üzərdi.O mənzərə indi də mənim üçün təbiətin ən gözəl mənzərəsidir.Və ya tülkü elə gözəl təsvir edilirdiki,mən indi də ən bəyəndiyim heyvan dedikdə ağlıma tülkü və onun şələ quyruğu gəlir.Baxdığım filmlərdən bəzisi yumor hissimi formalaşdırıb,bəzisi duyğusallığımı.Qış,qar,boran təsvirləri o qədər gözəl işlənirdiki,odun sobalı taxta kiçik ev təsvirlərində mənimçün qışın sevgisi oradan gəlir.Və ya böyük şam ağacları ilə gələn yeni il sayəsində 31 dekabrı bir başqa sevirəm.Bunlar insanlara görə dəyişən anlayışlardır.Mənim ruhum nəyə münbit olubsa,gördüklərimdə onları qavrayıb.Ona görə uşaqlıq çox mühimdir.Uşaqlarınızın nəyi izlədiyinə fikir verin.Xüsusən belə bir zəmanədə.Ruhlarını formalaşdırmaq üçün onlara kömək edin.Əks halda öz əlləriniz onların ruhunun qatili olar!!!

Screenshot_20210726-160306_Instagram.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!