Gecə...
Boş küçə...
Bir-birimizi axtarırıq "Gizlicə..."
Sevdik
Və nəticə
Heç - heçə...
Ümid - yaşamaq üçün insana qurulmuş İlahi tələ.
Arzu - həyatda heç vaxt olmayanların yolunu gözləmək hələ
Sevgi - bərabərdi bütün ümidlərlə arzuların cəminə.
Yuxuda gördüyün adamlar, həyatda gördüklərindən daha doğmadı
inanın, heç olmasa bu dəfə mənə.
A . Y