Aspirin

in hive-131355 •  3 years ago  (edited)

Bildiyimiz kimi söyüd ağacından yaxşı "çiv" hazırlanır. Çiv indiki dövürdə Azər Su idarəsinin ən çox istifadə etdiyi ləvazimatlardan biridir. Beləki deşilmiş boruları yenisi ilə əvəz etmək əvəzinə, ora "çiv" vururlar. Söyüd ağacından hazırlanan çiv daha münasib olur, çün ki suya qarşı həssasdır və islananda çox şişmə verir. Araşdırmalara görə, qədim misirlilər və assuriyalılar söyüd ağacından çiv kimi yox, onun qabığından və ekstraktından istifadə edərək ağrıkəsici kimi istifadə edirdilər.

3a72d02770630ea7.jpg

Onlardan sonra çox xeyli sonra isə 18-ci əsrdə İngiltərədə Edvard Stoun adlı bir din adamı vəba xəstəliyinin dərmanını söyüd ağacında axtarır. O düşünür ki Allah hər bir xəstəliyin dərmanını yaratmış olduğu bitkilərdə gizlidir. Stoun söyüd ağacının qabığını əzib su ilə qarışdırıb xəstələrə içirir. Beləliklə salisilat terapiyasının əsasını qoyur. Xəstəliyin yüngülləşməsi ilə ağac qabığından dərman hazırlanması geniş yayılır. Bunu ticarət fürsəti kimi görən bəzi kimyagərlər birbaşa salisilatları sintez etməyə başlayırlar. Yeri gəlmişkən – Salisilat sözü söyüd ağacı kimilərin ailəsinin, "salicacae" adından gəlir.
19-cu əsrin sonlarına doğru Malburq Universitetinin professorlarından Herman Kolbe

Hermann_Kolbe_1880s.jpg

söyüd ağacı qabığından on qat ucuz qiymətə , kimyəvi yolla hazırladığı sintez turşunu satmağa başladı. Amma Kolbenin hazırladığı turşu uzun müddətli istifadədə həzm problemlərinə səbəb olur.
1897-ci ilə gəldiyimiz zaman Alman boya firması Friedrich Bayer & Company-də kimyaçı olan
Feliks Hoffman

indir (1).jpeg

atasının ağrılarına çarə tapmağa çalışarkən asetilsalisil turşusunu sintez edərək bugünkü aspirin formasını yaratdı. Hələ dərman istehsalçısı olmasa da, Bayer şirkəti onu 1899-cu il fevralın 1-də salisilik turşunun mənbəyi olan spirea ulmaria

spirea.jpg

(keçi saqqalı) bitkisinin ilk dörd hərfi ilə asetil sözündəki "a" hərfinin birləşməsindən əldə edilən aspirin ticarət adı ilə qeydiyyata aldırmışdır.
Aspirin 1904-cü ildə tablet şəklində istehsal olunmağa başlayır və bu günə qədər də ən çox istehlak edilən dərmanlardan biridir.

İmage

İmage

İmage

İmage

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!