Günün dərsi

in hive-131355 •  3 years ago 

Bir gün Çində bir adam o qədər ac və taqətdən düşmüşdü ki, dözə bilməyib bir dənə armud oğurlayıb yeyir.
Adamı tutub cəzalandırmaq üçün imperatorun hüzuruna gətirirlər.

images (2).jpeg

Oğurluq edən adam imperatora;
"Zat aliləri, çox ac idim, dözmədim, ona görədə oğurluq edib armudu yedim. Məni bağışlamağınızı xahiş edirəm. Əgər məni bağışlasanız, sizə əvəzsiz bir hədiyyəm olacaq".
İmperator istehza ilə gülür;
"Sənin kimi biri mənə nə hədiyyə edə bilər?"
Oğru ovucunda saxladığı armudun dənələrini uzadır və;
"Bu toxumu əksəniz,bir günün içərisində qızıl meyvələr verən ağacın bitdiyini görəcəksiniz".
İmperator güldü;
"Onda qızıl meyvələri görəndə səni bağışlayaram" dedi.
Oğurluq edən adam;
"Əlahəzrət, mən oğru olduğum üçün bu toxumu əkə bilmirəm.
Yalnız heç vaxt oğurluq etməmiş, başqalarına zülm etməmiş, haqqına girməmiş, yalan danışmamış adam bu toxumu əkə bilər. Toxum o zaman öz gücünü göstər bilər, əks halda onun meyvələri öldürücü dərəcədə zəhərli olar.
Ey ali rəhbər, bu toxumu ancaq siz əkə bilərsiz".
İmperator çaşır, qaşlarını çatıb bir müddət düşünür, sonra sərt səslə;

fatih-sultan-mehmedin-gercek-resmi-1545569485574.jpg

"Mən İmperatoram, bağban deyiləm, o toxumu "Baş Nazirə" verin ki, o əksin biz də qızıl meyvələri görək." deyir..
Kasıb toxumu baş nazirə verəndə baş nazir tələm-tələsik imperatora üz tutaraq etirazını bildirir.
"Mən əkin və biçin işində çox bacarıqsızam, əfəndim, sehrli toxumu israf edərəm. Məncə, bu toxumu xəzinədar əksə daha yaxşı olar."
Baş xəzinədar dərhal bir bəhanə tapıb bu işi başqasına tapşırır.
Nəysə ki, bu münvalla " böyük baş" rəhbərlərin hamısı bir-bir toxum əkmək işindən yayınırlar.
Sonra imperator yaranan sükutda bir müddət düşündü. Baş nazirə, xəzinədarına və qarşısındakı bütün məmurlara baxıb dedi;

İmamı-Azam-resimleri.jpg

Gəlin bu adama "toxumun necə qızıl meyvə verdiyini" göstərək, onu mükafatlandıraq.

Cibindən çıxartdığı qızıl pulu oğurluq edən adama verir.
Və hamının sakitcə bu adam qızıl pul verdiklərini seyr edir.
Və sonra gülümsəyərək;
Mükafatını da götür tərpən burdan, toxumların "qızıl meyvəsini verdi", bu günlük bu dərs hamımıza bəsdir.

İmage

İmage

İmage

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!