Salam əleykum.
photo
Zənbil əsasən həsirdən toxunur və çox dözümlü olur.Əvvəllər insanlar bazara gedəndə zənbil götürərdilər. Sonralar salafan torbalar meydana gəldi və zənbillər dəbdən düşməyə başladı. Rayonlarda və kəndlərdə indi də zənbildən istifadə edirlər.
photo
İndi salafan torbaları pulla satdıqları üçün yenə insanlar zənbil götürməyə başlayıblar. Zənbil haqqında bir söz eşitmişəm, deyim sizlərdə eşidin: "Başımda zənbil, mən dedim sən bil"😀