Steemit Azerbaijan üzvlərinə salamlar olsun və qarşıdan gələn Novruz bayramınız mübarək olsun!
Azərbaycanda hər il yol qəzalarında yüzlərlə adam maşınların təkərləri altına düşür.Bu rəqəmlər Rusiyada 30 minə, Qərbi Avropada isə 100 minə çatır.
AVTOMOBIL yüksək təhlükəli nəqliyyat vasitəsidir. Yol nəqliyyat hadisəsinin baş verməsində hər 70 halda sürücülər,30 halda isə piyadalar təqsirkardırlar. Yalnız Bakı şəhərində yollarda ildə onlarla uşaq həyatını itirir, yüzlərlə isə ciddi xəsarət alırlar.
Yol nəqliyyat hadisəsinin əsas səbəbləri!
1.Yol hərəkət qaydalarının pozulması.
2.İcazə veriləndən artıq sürətlə hərəkət.
3.Sürücülərin zəif hazırlığı.
4.Avtomobilin sərxoş halda idarə edilməsi.
5.Avtomobil nasazlığı.
QƏZA BAŞ VERDİ! NƏ ETMƏLİ?
Dayanmalı, qəza işıq siqnalını yandırmalı və ya qəzaya görə dayanma siqnalı qoymalı.
Zədələnmiş şəxsi maşından çıxarmalı.
Dərhal ilk tibbi yardım göstərilməli ( ən çox 20 dəqiqə ərzində, 30 dəqiqədən sonra gec ola bilər ).
Avtomobil aptekçəsindən istifadə etməklə qanaxmanı dayandırmalı.
Yara yerinə yod çəkməli və sarğı qoyulmalı.
Sınıqları əlaltı əşyalardan istifadə etməklə hərəkətsiz vəziyyətdə bərkitməli.
Təcili yardım maşını (103 qaynar xətt) çağırmalı və ya yaralını yolüstü maşınla tibb müəssisəsinə göndərməli ( maşın nömrəsini və sürücünün ad soyadını yazmaqla).
Yol polisi işçilərini çağırmalı (qaynar xətt 102).
Hamıya xətasız, qəzasız, bəlasız yolunuza davam etməyi arzu edirəm. Oxuduğunuz üçün təşəkkürlər.