Google Digital Garage nədir?

in hive-131355 •  4 years ago 

Salam, dostlar. Bu yazımda sizlərə internet dünyasını daha yaxından tanımaq istəyən, burada öz biznesini qurmaq istəyən hər bir kəsə faydalı olacaq bir kurslar silsiləsi-Google Digital Garage haqqında haqqında qısa məlumat vermək istəyirəm.

google digital garage.png

Google Digital Garage Google şirkəti tərəfindən hazırlanmış kurslar toplusunun adıdır. Google Digital Garage'a müxtəlif kurslar daxildir. Bunlardan ən əhatəlisi "Fundamentals of Digital Marketing" kursudur.

Kurs Google tərəfindən hazırlanıb, 40 saatdır və tamamilə pulsuzdur. Həmçinin kursu tam bitirdikdən və imtahanlarını verdikdən sonra siz Google şirkətinin "Fundamentals of Digital Marketing" adlanan rəsmi sertifikatını qazanırsınız.

Kursun başlıca məqsədi şəxsləri və biznesləri həm Online dünyada mövcudluğun yolları, başda Google olmaqla axtarış mühərrikləri, müxtəlif reklam kanalları və analiz alətləri haqqında nəzəri olaraq məlumatlandırmaqdır, maarifləndirməkdir.

Kurs sizi professional bir marketoloq etməsə də, online dünyanın necə işləməsi haqqında hərtərəfli nəzəri məlumaq verəcəkdir.

Kursun linki aşağıdadır:

Fundamentals of Digital Marketing

Ümid edirəm, bu yazım online dünyanı öyrənmək istəyən hər bir kəsə faydalı olacaq.

Oxuduğunuz üçün təşəkkür edirəm. :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

walikum_salam, the crucial reply.

Bu kurs Azərbaycan dilindədir?

Yox. İngiliscədir :/

Yox. İngiliscədir :/

Burda Kərəmi ağlamaq tutur.

Elon tezləşdirsə idi çip məsələsini dil problemi qalmazdı