Bu gün çox dəyərli bir insanın-Rəvanın ad günü idi. Hamımız onu Steemitdə @revan746 profilinin sahibi kimi də tanıyırıq.
Rəvanla ilk tanışlığım 2017-ci ilin dekabr ayında olmuşdu, səhv etmirəmsə, uzağı 2018-in yanvarı. Steemit profilimi 2017-ci ilin 7 dekabrında açandan sonra idi bu tanışlıq. Nəysə. Uzun sözün qısası artıq Rəvanla 4 ilə yaxındır ki, əlaqəmiz, hətta mən deyərdim, artıq dostluğa doğru yolumuz var.
Açığını deyim, bu 4 ildə Rəvanla çox küsüb barışmışıq. Hətta elə olub ki, aylarla danışmamışıq.
Səbəblər isə çox gülünc səbəblər kimi görünsə də, biri-birimizi daha yaxından tanımağımızda bu cür ziddiyyətlərin böyük rolu olub və olur.
Mən Rəvanı dürüst, şən, sözü üzə deyən, əzmkar, məsuliyyətli, prinsipləri olan və ən əsası disiplinli biri kimi tanıyıram. Bu 4 ilə yaxın tanışlığımız boyu Rəvanla aramızda olan küsüşmələrin əsas səbəbi həmişə məsuliyyət və disiplinlə bağlı olub. Mən, açığı deyim, çox da məsuliyyətli, disiplinli insan deyiləm. (Əslində bunun da ana səbəbini sahib olduğum bir vərdişlə əlaqələndirirəm. Hansı ki bu vərdiş 9-10-cu sinifdən bu yana mənim həyatımı qaraltdı. Nəysə, çox şükür, artıq bu vərdişdən son 1 ayda qurtulmağı bacarıram və həyatım böyük ölçüdə qaydasına düşməkdə davam edir. Bu vərdişi heç Rəvan özü də bilmir. )) Tam qurtulum, yaxınlarda açıqlayacam.)
4 ilə yaxın bu müddətdə sözün həqiqi mənasında Rəvan mənə bir həyat müəllimi kimi olub. Həmişə yaxşılığımı istəyib, öyüd-nəsihət verib, mız qoysam da, qıcıq etsəm də, o davam edib. Çox böyük insansan, Rəvan. İnanın, heç öz ailəm, yaxınlarım məni başa düşməyəndə Rəvan mənə həmişə dəstək olub. Düşünürəm də, ona qarşı çox qədirbilməzlik etmişəm.
Və bu gün o böyük ürəkli insanın ad günüdür. Rəvan üçün o qədər arzular, istəklər tökərəm ki bura...
Ad günün mübarək olsun, Rəvan. Arzu edirəm ki, hər ilini biri-birindən gözəl, sevdiklərinlə birlikdə və ən əsası ürəyincə keçirəsən! Dediyim kimi sən ADAMsan! Şanslı biriyəm ki, həyatımda sənin kimi bir dost var. ;)
(Ad gününün bitməsinə 10 dəqiqə qalmış yaza bildim ancaq, şair) :D
Təbrik edən və təbriklərə qoşulan hər kəsə təşəkkürümü bildirirəm. Var olun. Kamran ilə bizi hardasa bir qırılmaz tel bağlayır. Kamran vecsizlik edir, nəyəsə etinasız yanaşır, deyirəm, daha bu adamla yola çıxılmaz, zəng edib və ya mesaj yazıb, yuyub sərirəm. 1 gündən sonra deyirəm ki, Kamran kimisindən ətrafımda çox adam yoxdu axı, bunun potesialı var, bundan adam düzəltmək olar))) Təzədən özüm zəng edirəm, çox sağ olsun ki, heç zaman mənə qarşı hörmətsizlik etməyib, mən nə desəm də etməyib. Ətini yesəm də sümüyünü ata bilmirəm, sümüyünü gəlib getdiyim çığıra basdıram ki, hər gün tapdaya bilim))) Sən mənim balaca qardaşımsan, sən bilirsən ki, ən böyük sərmayə insana verdiyimiz dəyərdir, bunu itirməyək. Var ol, Kamran. Gələn il vaxtında təbrik elə))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
MAŞALLAH olsun..Daima birlikdə uğurlara doğru addımlayasız.. AMİN..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Puah))) Seviliyorsun, usta
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ay səninlə də küsüşürmüş. Demək sorun bizdə deyil ki, elə bunun özündədi))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
hamının dərdi təzələndi))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
gör nə qədər qəlblər qırmısan )))))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
İGİDLƏRİN TARİXÇƏSİ...👍👍 Necə deyərlər "ÇƏKİŞMƏSƏN BƏRKİMƏZSƏN"...ALLAH Dostluğunuzu daimi etsin hər zaman mehriban etsin AMİN...Rəvan Qardaş Səni də ad günün münasibətilə ürəkdən təbrik edir..ALLAHdan Sənə Əzizlərinlərinlə birlikdə xeyirli, qayğısız xoşbəxt həyat arzu edirəm.. Ətrafın daima ürəyincə olan insanlarla əhatələnsin AMİN🤲🤲🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Var ol, qardaş.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Qısa konkret olaraq deyim ki, " VARLIĞIN VARLIĞIMIZDI "
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bir daha təbrik edirəm,qardaş.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit