Adını tapa bilmədiyimiz gözəl bir ağac...

in hive-131355 •  3 years ago  (edited)

Hər gün günorta saat 12-13 aralığında yemək fasiləsinə çıxırıq. Əslində, yemək fasiləsi üçün standart vaxt müəyyən edilməsə də, biz təxminən qeyd etdiyim saat aralıqlarında acıyırıq. Yemək almaq üçün hardasa 6-7 dəqiqəlik bir məsəfədə yerləşən təndirxanamı deyim, xəmir yeməkləri evimi deyim ora gedirik. Standart hər gün eyni şeyləri edirik.

Həmin bu təndirxanaya gedən yolumuz düz parkın içi ilə keçir və demək olar, elə təndirxananın yanında parkın axırıdır. Yolumuz xeyli təbii, təmiz hava ilə doludur. Hər tərəf yaşıllıq, müxtəlif adını bilib-bilmədiyimiz ağaclar və.s Həqiqətən, çox super bir havası var. Hər axşam burda gəzintiyə çıxırıq.

IMG_20211207_125049.jpg

Bu gün də ənənəvi qaydada parkın içi ilə keçib gedərkən anidən diqqətimizi bu şəkildəki ağac çəkdi. Neçə vaxtdır, bu yolu gedib gəlsək də, bu ağacla rastlaşmamışdıq. Əslində, rastlaşmama səbəbimizi parkın fərqli cığırıyla getməyimizlə də əlaqələndirmək olar.

Bu gün yolumuzu bir az daha fərqli salıb bu ağacla rastlaşmasaydıq, bu gün bu postu da yazmamış olacaqdım. :)

IMG_20211207_125053.jpg

Ağac diqqətimizi çəkən kimi tez əlimizi atdıq telefonlarımıza başladıq şəklini çəkməyə. İlk öncə, meyvə ağacına oxşatdıq, şəkillə bitdikdən sonra yol boyu ha düşündük ki, bu hansı ağacdır, çıxara bilmədik. Meyvəsimi deyim, gülümü deyim, hər nədirsə, ona baxanda qarağac ağacına bənzəyir.

Bilmirəm, sizdə var, ya yox. Bizdə həyətimizdə qarağac ağacı var, hansı ki meyvəsi quşüzümü kimidir: kiçik, xırda. Həm də özünəməxsus dadı var qarağacın. Onun kötüyünü ilk dəfə mən salmışam həyətimizə. Bizim yaxınlığımızda qaçqın və məcburi köçkün şəhərciyi var, oralar sökülüb yeni evlər tikilən vaxt ordan gətirmişdim həmin qarağacı.

IMG_20211207_125059.jpg

Nəsə. Bu ağacı da həmin qarağaca oxşatdım, amma kötüyünə, ümumi gövdəsinə baxanda görürsən ki, o deyil, fərqli bir ağacdır. Bizdəki qarağac bir az daha kol kimi idi, bu isə daha iri bir gövdəyə sahibdir. Ağacın adını tapa bilməsək də, çox sevdim.

Çox içaçıcı bir görüntüsü var. Üzümə də oxşayır, qarağaca da oxşayır, görüntüsü də əla. Əsl həyətə əkiləsi ağacdır. Biz adını tapa bilmədik, əgər sizlər bilirsinizsə, rəy bölməsində qeyd edərsiniz. :)

Oxuduğunuz üçün təşəkkürlər!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!