Həyat çox qəribədir. Bu aralar düşünürəm, həyatımdakı son dönəmləri analiz edirəm və görürəm ki, çox qəribə, heçvaxt təsəvvür belə etmədiyim şeylər baş verir. Bir şeylər məni harasa sürükləyir.
Maraqlısı budur ki, bu aralar mən də həyatı öz axarına buraxmaq fəlsəfəsinə keçmişəm. Baş verənlərin üzərinə çox düşünmürəm, psixoloji triklərlə müəyyən mənfiliklərdən də qurtuluram.
Bildiyim bir şey varsa, o da odur ki, insan gərək gözəl arzular qura. Hansı ki həqiqətən, onu xoşbəxt edəcək arzular. Ən əsası insan gərək özü ilə barışıq yaşaya.
Özü ilə barışıq yaşayan insan xoşbəxtdir. Onu nə təklik, nə tərkediş, nə də ki bir başqa qüvvə yıxa bilməz.
Çox da danışmaq istəmirəm. Sizi bilmirəm, mən bir şeylərimi anladanda, bir şeylərim haqqında danışanda həmin o haqlarında danışdığım şeylər mənasını itirir gözümdə. Necə olur bilmirəm. Yəqin dəyərsizləşir.
Hamınıza xoş gecələr diləyirəm! :)