Hədəflər var, yaşanılası gözəl anlar var və yeni il çatır...

in hive-131355 •  3 years ago 

Yeni ilə son 16 gün qaldı. Bu son 16 gün, bəlkə də, növbəti ildən həyatımı dəyişməyə, konkret dəyişməyə qərar verməyim üçün ən əhəmiyyətli, çətin günlərdir.

Hazırda həyatdan konkret nə istəyirəm, bilirəm. Nələrim mütləq olmalıdır, həfəflərim nələrdir, o hədəflərə necə gedə bilərəm, hədəflərə getmək üçün özümü necə yetişdirməliyəm, hamısını bunların hamısını anlayır, görürəm. Qısacası, mənə nəyin lazım olub, nəyin lazım olmadığını hamısın bilirəm.

pexels-uhgo-3160544.jpg
Link to Photo

Motivasiyam var, keçən ilə nəzərən əlimdə böyük imkanlar var, yanımda mənə dəstək olacaq bir sürü insan var, işim var, ailən artıq tam anlamda dəstəkləyir, inanır mənə.

Bir sözlə, cücərməni böyüməyə çevirmək üçün bütün münbit şəraitə sahibəm. Çatışmayan nədir bəs? Yəqin ki, iradə və disiplindir. Keçən il soruşsaydınız, bura qərarlılığı da aid edərdim, bilinməzliyi də əlavə edərdim. İndi isə qərarlıyam, yönümü bilirəm. Yəqin tək çatışmayan şey disiplin, və iradədir.

pexels-lukas-kloeppel-2416592.jpg
Link to Photo

Yeni ilin yeni imkanlar gətirəcəyinə çox inanıram. Son 16 gündə özümçün həyatımın üzərində bir xeyli düşünəcəm. Depresi düşüncələr olmayacaq bunlar. Mənə görə, hər insan dövrün verdiyi bu qarmaqarışıqlıqda mütləq özü ilə baş-başa qalmalıdır. Mütləq. Həyatına göz atmalıdır, kimdir, keçən ildən bəri həyatında öz azrularına doğru, hədəflərinə doğru nə dəyişib görməlidir.

Yeni ilə girmədən bütün bu danışdıqlarımı da əhatə edən gözəl bir bloq yazacacağam. Ki bu bloq çox dərin olacaq. :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!