Bu gün deyilməsi hər nə qədər də çətin olsa da, həyatımda ilk dəfə bir muzeyə getdim. Bəli, ilk dəfə. 22 yaşım var və hələ indi muzeyə getmişəm. 4 illik universitet həyatımda bircə dəfə də olsun, hər hansısa bir mezeyə gedə biməmişdim, çox istəmişdim, amma bir türlü getməmişdim. Güya sənətlə maraqlanırıq da. Nəsə.
Deməli, hazırda işlədiyim Gənclərin İnkişafı və Kariyera Mərkəzində bu gün rayonumuzun 3 Vətən Müharibəsi qazisi ilə görüşümüz oldu. Ardınca Saatlı Rayon Tarix və Diyarşünaslıq Muzeyinin direktorunun da dəvəti ilə həmin qazilərlə birlikdə muzeyi ziyarətə getdik. Beləcə, mən də ilk dəfə muzeyə getmiş oldum.
Deməli, dəvət bir qırağa, ilk fürsətdəcə çalışdım eksponatlara-falan baxam. Düzdür, əsas maraqlı yerlərə keçməyə icazə vermədilər ki, bəs görüşdə iştirakın vaxtından gedir. Yenə də muzeydən bəzi fotolar çəkə bildim.
Misal, fotonun ilki elə yuxarıdakı lövhə şəkili idi. Çox gözəl təşəbbüsdür ki, muzeyin girişindəcə rayonumuzun İkinci Qarabağ Müharibəsində şəhid olmuş bütün şəhidlərinin rəsmləri olan tablo asılıb. Elə görər-görməz, bu tablonun fotosu çəkilməyə dəyər deyib şak deyə telefonu çıxardım. Ardınca keçdim digər yerlərlə maraqlanmağa.
Yenə deyirəm, icazə və vaxt olsaydı, çox mükəmməl fotolar çəkərdim. Alınmadı. İkinci fotoda da mədəniyyət və incəsənətlə bağlı müxtəlif kitabların olduğu bölməni çəkdim. Yəqin daha böyüyü muzeyin digər bölmələrində var, yoxsa bu kitab bölməsi çox balacadır. :)
Son olaraq, görərkən mənə ən ləzzət edən görüntü məhz yuxarıdakı şəkildəki görüntüdür. Azərbaycanın Xalq Cümhuriyyəti dövründəki xəritəsini görmək anidən beynimdən nə qədər fikir keçirdi. Nə bilim, Zəngəzur dəhlizindən tut da, İrəvan xanlığına, kişilərin o dövrdə, o çətin şəraitdə Cümhuriyyəti elan etməsinə qədər... Nələr-nələr keçdi beynimdən.
Açığı, muzeyə ilk dəfə getdiyimi yazmaq hər nə qədər çətin olsa da, nə bilim e, şəxsən utandım ki, niyə bu yaşa qədər muzeyə getməmişəm axı. Amma yenə də əsas odur ki, getdim və bu yaxınlarda bir də gedəcəm və budəfəki gedişimdə muzeyi altdı-üstlü gəzəcəm, fotolar çəkəcəm.
Bizim rayonda tarixi yerlər, məkanlar yoxmuş zənn edirdim son aylara qədər, amma eşitdiklərim və sonradan araşdırdıqlarımdan gördüm ki, rayonda çox qədim dövrlərə aid tapıntıların saxlandığı müəyyən yerlər varmış. Deyirlər, çox uzaq yerlərdədir. Bu dəfə muzeyə gedəndə bu şeyləri də maraqlanacam. Mütləq.
Oxuduğunuz üçün təşəkkür edirəm və rica edirəm ki, siz də ilk dəfə muzeyə gediş xatirənizdən, və ya getməmə səbəbinizdən bəhs edəsiniz. :)
burada daha bir yerlimi tapdım👏, bu arada maraqlıdır belə bir yerin varlığını yeni öyrəndim.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yerli? Nə gözəl. :) Var belə yer, hətta dediyim kimi tarixi yerlər belə varmış
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox təəssüf ki heç vaxt muzeyə getməmişəm. Amma, kitabxanalarda saysız qədər olmuşam. Çox istərdim Ermitat və Luvr muzeyində olum. Çünki, 200 il öncə kəndimizdən qazılıb aparılan eksponatları görüm.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Başlamaq lazımdır, bəy. Elə burdakı muzeylərdən başlamaq olar. Bakıda çox gözəl muzeylərimiz var
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Qəbələdə mən bildiyim qədəri ilə H. Əliyev muzeyi, tarixi muzey,İ.Qutqaşınlının ev muzeyləri hal hazırda fəaliyyət göstərir.Mən də bu il getmişəm bu muzeylərə.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Qəbələ Saatlıdan qat-qat zəngin tarixə, keçmişə sahibdir. İlk paytaxtımız olan bir şəhər olaraq, çox istərdim ki, ordakı tarixi yerləri görüm. Məqam edib gedəcəm))) Steemit qəbələlilərlə doludur onsuz :D
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit