İş həftəsinin sonu

in hive-131355 •  3 years ago  (edited)

Hamıya salamlar. İndidən gözəl həftəsonu diləyirəm hamıya. Bu gün cümə günü, iş həftəsinin son günüdür.

IMG_20211011_113321.jpg

Artıq yeni daxil olduğum işdə ikinci həftəni də geridə qoyuram. İkinci həftənin sonunda artıq deyərdim ki, işin detallarını, triklərini böyük ölçüdə tutmuşam. Ona görə növbəti həftənin daha rahat keçəcəyinə inanıram.

Misal, anladığım triklərdən biri o oldu ki, gərək vaxtın olduqca növbəti həftənin işlərini bu həftədən hazırlayansan, beləcə növbəti həftə heç də çətin keçməyəcək.

IMG_20211012_111846.jpg

Çətinlik demişkən, bu həftə bütün günü ayaq üstə olduq. Şəhid məzarına ziyarət, məktəblərdə təqdimat, təbliğatdan tutun da, həftənin sonunda üzərimizə yüklənən böyük məsuliyyətə qədər.

Böyük məsuliyyət dediyim, növbəti həftənin 2-ci günündə rayon səviyyəli, rayonun bütün yüksək vəzifəli insanlarının qatılacağı tədbir olacaq və bu tədbirin hazırlanmasını, çıxışların mətni, dekoru mən də daxil, 3 nəfərə həvalə ediblər. Açığı, maraqlı təcrübə olacağına inanıram, bir az təşkilatçılıq, planlama işlərini də yaxından öyrənmiş olacam.

Screenshot_2021-10-15-07-44-37-547_com.android.chrome_1.jpg

Bir müddətdir, daha dəqiqi, 8 gündür, Steemitdə olmadım, ola bilmədim. Desəm ki, yalnız işlə əlaqədar idi, yalan olar. Heç özüm də bilmirəm, niyə belə oldu. Keçid dövrü yaşadım konkret.

Bundan sonra buralarda aktiv olmağa çalışacam, 4-5 gün olmadım, ortalıq dəyib bir-birinə. :D

Bu arada, bu postu telefonla paylaşıram. Alışmağa çalışacam. Bu vaxta qədər telefondan post paylaşmamışam desəm, inanarsızmı?! :)

Hər kəsə xoş günlər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Bundan sonra aktiv olacağam sözlərini bu adamın dilindən bi zat kendim yüz dəfə eşitmişəm)

Ehhhhhhh. Nə desəm, adım çıxmış

Monitora düşən əksindən nə əziyyət çəkməyin hiss olunur. Bir daha xeyirli uğurlu olsun Brooo. AMİN🤲 Bu gəlib-getmələr normaldır. Setlə əlaqədardır.😉 İndidən öyrəş Brooo. Gör biz camaat nələr çəkirik xalqın vəziyyətindən agah ol🤔

Az qala arxaya yıxılmışdım)) Çalışıram, bro ;)

EHTİYYATLI OL AY BRAT))

Mən də hələ telefonla post paylaşmamışam)
Allah o günə düşürməsin 🤭
Kamran, kreslo yaraşıb e, əsas budur 😅

O zaman məni çox yaxşı başa düşürsüz. Komputer daha rahatdır, ya da mən öyrəşmişəm)

Kreslodan bərk yapışmışam)))

Mən bütün paylaşımları telefondan etdiyim üçün mənə kompüter lə ilşləmək çətin gələr ☺️

Vərdiş məsələsidir. Öyrəşdirmək lazım

ağsaqqalları görüb ürəyim sıxıldı

Gənclərin İnkişafı və Kariyera Mərkəzi))