Salamlar hamıya. Bu gün sizlərlə könüllülərimizin bəzi əl işlərini paylaşmaq istəyirəm. Əvvəlki yazılarımda qeyd etdiyim üzrə rayonumuzda istedadlı gənclər çoxdur, məsələ odur ki, onları tapıb üzrə çıxarmaq lazımdır. Onlardan bəzilərini tapıb çıxarmışıq, hansı çox yaxşı rəsm çəkəni də var, çox yaxşı piano çalanı da var, çox yaxşı əl bacarıqları olanı da var və.s ilaxır.
Misal, aşağıdakı ilk rəsmi könüllülərimizdən biri çəkib. Rəngləri tam tutdurmasa da, bizim loqunu əks etdirməyə çalışıb. Yenə də əsas odur, çalışıb. Yaxşı alınıb. Bizim sosial şəbəkələrdəki adımız Saatlı Gəncləri olaraq gedir. Əslində, bölgələr üzrə bütün nümayəndəliklərin adı bu formada gedir. Könüllümüz də bunu yazıb.
Yuxarıdakı şəkil isə bir növ ağacı yansıdır. Könüllümüz mərkəz daxilində olan klubların adlarını bura daxil edib. Belə ki, mərkəzimizdə müxtəlif klublar var ki, gənclər qoşula və maraqlarında olan şeylərlə məşğul ola bilərlər. Misal, Oyun klubu, Kino klubu, Eko klub və.s
Bu yaxınlarda Texnologiya və İngilis dili klublarımızı da başlatmışıq. Hər iki klubda gənclərə dəstəyi özüm etməyə çalışıram. 4-cü günləri Texnologiya klubu, 5-ci günləri isə İngilis dili klubumuz keçirilir. Misal, sabah İngilis dili klubu var. :)
Texnologiya klubunda gənclərə iki həftədir ki, Microsoft Word öyrətməyə çalışırq. Bu gün artıq ikinci dərsimizi keçdik. Daha doğrusu, ikinci mövzumuzu. Yavaş-yavaş öyrənmək istəyən öyrənir.
Yenə də nə edəsən ki, insan bir şeyə pul vermirsə, həmin şeyə o qədər də ciddi yanaşmır. Bu klubda da elədir, gedirlər kənara burda öyrədilən şeyləri öyrənmək üçün pul verirlər kurslara, bura gəlməyə isə çoxusu müsbət baxmır. Gəlib oyun oynamaq daha əyləncəli gəlir gənclərə, nəinki bir şeylər öyrənmək. Bir tərəfdən də məşğələlərin yükünü nəzərə alsaq, qınamaq da olmur.
Bu isə o məşhur Sosializmin banisi Karl Marksın "Kapital" əsərinin azəribaycancaya tərcümə olunmuş versiyasıdır. Açığı, azərbaycanca tərcümənin yaxşı alındığını heç düşünmürəm. Kitabın içində bir dənə də olsun, rəsm, və a qrafik yoxur, ona görə can sıxılır. Üstəlik, azərbaycancaya tərcümə də heç yaxşı deyil.
Mütləq oxunulmalı olan bir kitabdır. Nə də olsa, 70 illik sovetin qurulmasında böyük rolu olan bir əsərdir.
Kapitalı oxuyan qızla evlənmək lazımdır.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit