Muzeyə olan səfərimizdən növbəti fotolar :)

in hive-131355 •  3 years ago 

Saatlı rayonunun Tarix-Diyarşünaslıq Muzeyi 1983-cü ildə yaradılıb, muzeyin binası isə 2012-ci ildə tikilib istifadəyə verilib.

İstərdim ki, şəkillərdən öncə, wikipedia-dan aldığım məlumatı sizinlə paylaşım:

Muzeyin tarix otağı , arxeoloji, etnoqrafik, mədəniyyət və ideoloji bölmələrdən ibarətdir. Muzeydə tarix və rəssamlıq dərnəyi fəaliyyət göstərir. Muzeyin Elmi şura və Satınalma komissiyası vardır. Muzeyin ümumi sahəsi 458.5 kv.m, ekspozisiya – sərgi sahəsi 204 kv.m, fond saxlama sahəsi 12 kv.m-dir. 2016-cı ilin son hesabatına əsasən muzeyə 14.400 nəfər tamaşaçı baxmışdır. 121 nəfər ekskursiya olmuşdur. Muzeydə 65 mühazirə söylənmişdir. Muzeydə və Muzeydə kənar 34 sərgi təşkil olunmuşdur.

Yuxarıdakı sitatlar wikipedia-dan idi. Dünən muzeyə olan səfərimizdən də gördüyüm qədəri ilə, həqiqətən də, dedikləri kimidir.

IMG_20211103_111631.jpg

Bu yuxarıdakı heykəl kimidir, bilmirəm, amma çox böyükdür ha. Belə balaca görünməyinə baxmayın, şəkili uzaqlaşdırım çəkmişəm, ona görə belə düşüb. Yoxsa mən boydadır, az qala.

Bunu o Karagöz və Hacivat-dakı obrazlara bənzədirəm. Yəqin ki orta əsr Azərbaycan insanını canlandırmağa çalışıblar.

IMG_20211103_111533.jpg

Bu yuxarıdakı şəkili isə çəkən zaman nədir, heç anlamamışdım. Sonra telefonu cibimə qoyub baxanda gördüm ki, sən demə, silah nümunələri imiş. Həm də orta əsrlərdən qalma. Ümumiyyətlə, bu tip silah numunələri muzeydə çox idi, imkan vermədilər ki, gəzək, baxaq.

Növbəti dəfə bu muzeyi yaxşıca gəzib, xeyli şəkil çəkəcəm. Bundan sonrakı yazımda isə Bayraq Muzeyinə olan səfərimizdən danışacam sizə. Bu gün ora getmişdik. :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!