Payız gəldimi qəribə nostaljik bir havaya bürünürəm. Payıza xas olan rəngləri sevdiyim üçün payız əsl mənim ayımdır desəm, yeridir. Misal, sarı rəng, qonur rəng, açıq qırmızı tərzi rənglər və təbii ki, həmişə yaşıl ağacların yaratdığı yaşıl rəng.
Bu fəsildə bu rənglərin hamısı var.
Xüsusilə, payızda qəribə bir gəzmək, yola çıxmaq istəyi yaranır. Maşınım olacağı halda heç düşünmədən yol səyahətləri edərəm, həm də bolluca. Sevdiyin bir iş, səninlə eyni beyində olan insan və altında maşın.
Xoşbxətlik bax belə sadə detallarda gizlidir.
Yaşamı sevin, vallah. Həyatınızı bir mənaya bağlayın! Bir şeylər sizi istədiyiniz yerə aparacaq. :)