Salamlar hamıya. Bildiyiniz kimi, Saatlıda işləyirəm axı.
Deməli, oktyabr ayında 2 müsahibəyə girmişdim: birinci, müsahibəm Landmark hotelin müsahibəsi idi, ikinci müsahibəm isə indiki iş yerim olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin müsahibəsi idi... Off, ad deyil e, yanıltmacdır. 😅
Deməli, o iki müsahibənin ikisini də çox yaxşı keçdim, amma son nəticədə gözlənilməz qərar verib, şəhərdən kəndə endim. Rayona gəldim.
O gün bu gündür, oktyabr ayından rayondayam, burda işləyirəm. Mən gələndə yollarımız tozlu olmasa da, palçıqlı idi.))
Deməli, sizə bir şey danışım. Bu il yaz Saatlıya bir az gec gəlib. Hər il normalda mart ayının ortasından başlayaraq qolsuz koftalar geyinərdik, düşünün bu il aprelin 18-20-nə qədər kurtqada fırlanırdıq. Tam da Qlobal İqlim Dəyişikliyi Saatlının vurub deyə düşünürdük ki, ayın 20-dən bir istilər başlayıb ki, bildiyin özümü çöldə qalmış kərtənkələ kimi hiss edirəm. Ləhlədir adamı istilər.
Bu şəkilləri də işə gedərkən, torpaq yollarımızdan çəkilmişəm. 🚬
Camaat köyden şehire enir, biz şehirden köye. Bir az da səbr edib qalacam burda. 🚬
Hə, bu arada, bizim yolların yarısı asfalt, yarısı torpaqdır. Hamısının şəkilin paylaşmışam burda.))
Hər birinizə xoş günlər. Bir az övün Saatlını, kəndimizi. 😁🚬
Bizdən beşbetər övülməli bir zad yoxdu oralarda. O yanıltmacavari iş yerində bir nəfəri övməkdən başqa nağarırsız, ondan danış?))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Eşq olsun TŞ kamerasına))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit