Yenidən Steemit'də...

in hive-131355 •  3 years ago 

Uzun bir aradan (əslində elə də uzun da deyil), 22 günlük aradan sonra yenidən Steemitdəyəm. Bundan sonra Steemitdə tamam fərqli bir baxış bucağı ilə yanaşacağam. İdeyalar, fikirlər çoxdur, icraata tökmək lazım.

Hazırda işdəyəm, 1 saat olar gəlmişəm. Dedim, ofisdə komputerin ekranı ilə şəkil çəkib paylaşım. :) İlk dəfədir ki, komputerin ekranı ilə şəkil çəkirəm. :D

WIN_20220127_11_22_06_Pro.jpg

Şəkilin heç də ürəkaçan olmadığını, qaranlıq, pis çəkilən olmasını bilirəm. Əslində, bu şəkil bilirsiniz nəyin ifadəsidir? Mükəmməllikdən qaçmağın. Hansı ki bu vaxta qədər ən böyük səhvim məhz bu mükəmməllikdən bərk-bərk yapışmağım olub.

Nə qədər şeyə cəhd etməkdən məhz bu mükəmməl olmaq alışqanlığıma görə vaz keçmişəm. Ömrümü yeyib, iliyimə işləyib bu fəlsəfə. Rədd olsun.

WIN_20220127_11_21_57_Pro.jpg

Sonra bir digər iliyimə işləyib, hər zaman mənə narahatlıq verən şey bu ölkədən getmək fikri olub. Nə etmişəmsə, nəyə cəhd etmişəmsə, hamısında bu fikiri beynimdən çıxarmayıb, hətta bəzi şeyləri bu fikir beynimdən çıxmasın deyə, rədd etmişəm.

Düşünürəm ki, səhv yanaşma etmişəm. Çox böyük səhvim olub.

İndi içimdə böyük bir rahatlanma var. Ümid edirəm, işlərimə məhsuldarlıq gətirəcək bu rahatlaşma hissi. Hər birinizə xoş günlər, yaxşı qazanclar və boş-boş mənasız düşüncələr olmayan həyat diləyirəm. :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Postun əvvəlində bir gecə ansızın gələ bilirim yazmalıydın))

Bu kadar yürekten çağırma beni 😀