Yorğun iş günü, işdən gec çıxma və tez düşən qaranlıq

in hive-131355 •  3 years ago 

Bildyiniz kimi, 1 aydır ki, işə başlamışam, özü də döölət işinə. :D Son bir ayda ilk dəfədir ki, saat 7-yə işləmiş işdən çıxdıq. Ümumi nəzər salıram, iş vaxtı çox da böyük işlər görməsək də, nədənsə bu gün yorğun keçdi.

İşdən gec çıxma səbəbimiz isə saat 5-ə təyin olunan Zoom görüşü idi. Tipik Zoom görüşləridir: yorucu və yuxu gətirən. Nəsə. Görüşü bitirməmiş, otaqdan və görüşdən sonra çöldən bəzi fotolar çəkdim ki, bura paylaşım.

IMG_20211102_182233.jpg

İş yerimiz düz Heydər Parkının içindədir. Parkın içindən işə gedir, gəlirik. Son bir ayda bu parkdan şəkil çəkmək heç ağlıma gəlməyib. Nədənsə bu gün yaman şəkilçəkənliyim tutmuşdu. Dedim qoy parkdan da şəkillər çəkim.

Gecə olsa da, bir təhər Redminin çəkəcəyi qədər normal şəkillər çəkə bildim. Saat 6-7 arası olmasına baxmayaraq elə bil gecəyarı idi. Havalar çox tez qaralır, gündüzlər sürətlər qısalır.

IMG_20211102_182206.jpg

Parkın içində həm İcra Hakimiyyətinin binası, həm Heydər Əliyev Mərkəzi, həm Muzey, həm Yeni Azərbaycan Partiyasının binası, həm də nələr-nələr yerləşir. Qapının çıxacağındaca ümummillinin və İcra Hakimiyyətinin binasının şəklin çəkdim. :)

IMG_20211102_182356.jpg

Normal düşən şəkil varsa, o da yuxarıdakı şəkildir. Ən solda, irəlidəki bina Yeni Azərbaycan Partiyasının binasıdır. Hər gün binanın yanından keçib işə gəlir-gedirəm.

Deyirəm, kaş bütün partiyaların belə binaları ola, ya da olmaya e, niyə pulları belə daş yığınına xərcləyək ki?! Ondansa iş yeri açaq, millətimiz, rayon əhalisi işləsin.

IMG_20211102_182148.jpg

IMG_20211102_182517.jpg

Yuxarıdakı da rayonun sakit küçələridir. Bakıdan sonra belə sakit küçələrə alışmaq, belə sakit gecələrə alışmaq hər nə qədər çətin olsa da, səbrli olub, işimə fokuslanmağa çalışıram, özümü özümə doğrultmağa çalışıram.

İşlərim də yavaş-yavaş... Nəsə. Çox danışmayım, qabaqcadan demək düşmür mənə. :)

İndi bu yolla 3-4 dəqiqə gedib rayon mərkəzinə çatacam, ordan da taksiyə minib kəndimizə gedəcəm, evimizə. Sabah səhər yenə eyni şəkildə, yoldan taksiyə minib işə gələcəm və yeni bir günüm başlamış olacaq.

Oxuduğunuz üçün təşəkkürlər! :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Kamran, öz mübarək şəklinin altındakı hissəni oxuyanda ürəyim sıxıldı. Söz vermişdim ki, 10 gün bu uzun gədəyə sataşmayacam. 10 gün oldu, görəsən?🤔

Müəllimə, uzun deyiləm ki mən. 1.86-yam. Ola bilər, siz qısasınız :D

İlanın quyruğun tapdadıq ha))

Yorulmayasız)

Təşəkkürlər, qardaş :)