Alpaysayağı hamur işi - bizim bildiyimiz içiboş peraşki

in hive-131355 •  3 years ago 

Xoş gördük, @SteemitAzerbaijan☪✔ -nın yaradıcı kollektivi!
Bu gün Alpay balanın sifarişi ilə tezbazar hazırlanan hamur kızartmasının (bizim dildə içi boş peraşki) reseptini paylaşacağam.
Axşam saat 9-da oğlumun beyninə düşdü ki, ana səhər məktəb üçün mənə hamur yap. Bahooo, yaman yerdə axşamladıq deyib, keçdim mətbəxə. Bilirəm, yapmasam, çətin olacaq, onsuz da məktəbə getməmək üçün bəhanə axtarır)
İnqrediyentləri əlimə alıb başladım işə:

TərkibiMiqdarı
un4 stəkan
ilıq su1,5 stəkan
turş maya1 çay qaşığı
Duzbir çimdik

de04f926-ddfb-4e74-b1b3-06e7443b854e.jpeg

c29d73e2-272b-48ac-bd28-cd9b4b05c996.jpeg

Xəmiri yoğurub üzərini streçlə bağladım, diqqət etdim ki, azca hava yeri qoyum. Xəmir qabarbalıdır axı)
Daha sonra onun da üzərini dəsmalla örtdüm, getdim yatmağa)

1e973969-cb91-4b5c-a398-b959492ffd18.jpeg

de32b854-ad04-4a16-b5bc-2b97931068ae.jpeg

Səhər yuxudan oyandığımda xəmirim qabarmışdı, mayası turş olduğu üçün istədiyim də bu idi)

785fafe8-e40e-44fa-870e-06d17b6e4f36.jpeg
Yuxulu-yuxulu tez xəmirləri qızartmağa başladım. Alpay bala içli xoşlamadığı üçün işimi bir qədər asanlaşdırıb. 20 dəqiqədə hamısını qızardıb bitirdim.

bbb.jpg

e05ea2ae-27bb-4a36-b55d-a1bc1adf677d.jpeg

Oğlum yuxudan oyananda sevdiyi qoxunu duyub sevindi) Məktəb üçün kocaman bir boşqabını doldurdum və dedim ki, sinifdə yeyərkən uşaqların canı çəksə, mütləq ver)

21f013d0-1bdf-4f74-bb68-9b2c2622f313.jpeg

Səhər qəlyanaltısında qayınatam və qayınanam da nuş etdilər. Dadını çox bəyəndilər. Dedilər, kıtır-kıtır olmuş, əllərinə sağlık!
Bu gün ilk dəfə Steemitdə resept paylaşdım. Ümid edirəm, davamı gələr)

Hər kəsə gözəl gün arzu edirəm! Steemit Azerbaijanla qalın!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Əllərinizə sağlıq, qlütensiz un ilə etməyiniz resepti biraz da olsa faydalı edib. 💚

Təşəkkür edirəm, Fatima xanım. 💜 Məndən olsa, ümumiyyətlə, unu evdən uzaq edərəm) Amma Alpay xoşlayır)

Can, nuş olsun 💚

😊🌺

Əllərinizə sağlıq, nuş olsun))

Təşəkkür edirəm, Vəfa xanım :)

Əla. Nuş olsun. Qlutenli unla qlutensizin fərqini də izah etsəydiniz əla olardı.

Təşəkkür edirəm, Famil bəy.
Təmiz unutmuşam onu) Növbəti reseptdə izah mındən borc olsun)

Kız 10 parmakta 10 marifet buna derler 😉 Nuş olsun. Görünüşündən bilinirki, dadlıdır. İNŞƏƏALLAH davamı gələr🤲

Demişdim də, universal yazıçı üzvünüz var, Orxan bəy 😊
Təşəkkür edirəm, var olun!

MAŞALLAH olsun. Başından duz fırlat at qazın üstünə))

Maşallah günləriniz bol olsun. Amin 🤲
Nə vaxtdır duz fırlatmıram, yaxşı xatırlatdınız)

Nuş olsun. Mən bu günlər bir az gərginəm. Diqqət göstərə bilməsəm üzrlü hesab edin...

Yeriniz görünür, Nurəngiz xanım. Allah işlərinizi avand etsin, İnşallah. Amin.🤲

Çox sağ olun❤️

Nuş olsun

Təşəkkürlər.