Çətin şəraitdə sağ qalmaq haqqında 12 kitabı təqdim edirəm:
- Daniel Defo - "Robinzon Kruzo"
İngilis yazıçısı Daniel Defo öz dövründə daha çox ictimai, siyasi, iqtisadi problemlərdən yazan publisist kimi tanınmışdı. Hətta bəzi pamfletlərinə və satirik şeirlərinə görə o, rüsvayçılıq sütununa və həbsə məhkum olunmuşdu. D.Defonun bir sıra romanlarında ictimai mühitin insanları əxlaqsızlığa və cinayətə vadar etdiyi göstərilir. 1719-cu ildə yazılmış “Robinzon Kruzo” romanı D.Defonun ən məşhur əsəridir.
“Fırtına getdikcə güclənirdi. Adamlar hər an gəminin dənizin dibinə batacağını düşünürdülər. Birdən dənizçilərdən biri qışqıraraq gəminin deşildiyini xəbər verdi...” “Otuz il kimsəsiz adada ömür sürdükdən sonra mən qitəyə düşmək üçün ölümə də hazıram. Bu işdə mənim qorxmağa haqqım yox idi...”
- Jül Vern - "Sirli ada"
Hava şarında əsirlikdən qaçmış beş nəfər sahibsiz adaya düşür və vəhşi təbiəti öz iradələrinə tabe edirlər. Olduqca müəmmalı macəralar və süjetin gözlənilməz məqamları oxucunu kitabın sonuna kimi müsbət əhvalda saxlayır.
- Cek London - "Dəniz canavarı"
Amerikalı yazıçı Cek Londonun “Dəniz Canavarı” (org. The Sea-Wolf) adlı əsəri 39 fəsildən ibarətdir. Əsərimizin qəhrəmanı Humprey və Larsen obrazlarıdır. Buxarlı gəminin batması nəticəsində özünü dalğaların arasında tapan Humpreyin, soyuq su ilə həyat mübarizəsi aparması, sonralar onu tamamilə başqa xarakterli birinə çevirəcək.
- Robert Ştilmak - "Kəlkətəli varis"
"Kəlkətəli varis" həm böyüklər, həm də uşaqlar üçün quldurların və lordların, mühacirlərin və yerli əhalilərin macəraları haqqında kitabdır. Əsərdə xeyir və şər, şərəf və alçaqlıq, azadlıq və köləlik mövzularına toxunulub. Romanda hadisələr XVIII əsrdə İngiltərə, Fransa, İspaniya, ABŞ, İtaliya və Afrikada cərəyan edir.
- Arkadiy Fidler - "Ağ yaquar"
"Ağ yaquar" Arkadiy Fidlerin trilogiyasından üçüncü əsəridir. Romanda ingilis lordlarının qəzəbindən xilas olaraq, Şimali Amerikadan qaçıb Qəraib dənizinin insan ayağı dəyməyən adasına düşən Polşa mühacirləri nəslinin taleyindən və onların başına gələn hadisələrdən bəhs olunur.
- Kormak Makkarti - "Yol"
"Yol" romanı oxucuda silinməz təəssürat qoyur, emosional şok yaşadır. Süjet sadədir. Qəzadan sonra ata və oğul yanmış torpaqlar üzərindən qitəni keçirlər. Oxucu kitab boyu ürəyi yandıran suallarla qarşılaşır. Əgər gələcək yoxdursa, yaşamağa dəyərmi? Uşaqlara görə yaşamaq lazımdırmı? Romanda hər şeyin nisbi olduğuna diqqət çəkilir. Bu romanda həyat və ölüm məsələrini sorğulayaraq sonda oxucunu bir nəticəyə gətirir. Həmin nəticəni öyrənmək üçün romanı oxumağa dəyər.
- Umberto Eko - "Bir gün əvvəlki ada"
"Bir gün əvvəlki ada" Umberto Ekonun üçüncü romanıdır. Əsərdə XII əsrdə yaşamış bir gəncin dramatik taleyindən, onun İtaliya, Fransa və Cənub dənizlərində dolaşmasından bəhs edilir. Oxucu bu əsərdə də Ekonun həmişəki kimi sorğuladığı həyat, ölüm və sevgi sualları ilə qarşı-qarşıya qoyur.
- Yann Martel - "Pinin həyatı"
Heyvanlarını da özləriylə birlikdə gəmiyə yükləyib Kanadaya yol alan Patel ailəsi qəzaya uğrayır. Geriyə sağ qalan Pi, Richard Parker, oranqutanq, zebra və kaftardı. Bu minicəmiyyət bir qayıqda, Sakit Okeanın ucsuz bucaqsız maviliyində insanlardan uzaq bir yerdə.. Amma geriyə Richard Parker və Pi sağ qala bilir.. Əsl həyat hekayəsi bu andan başlayır.. okeanda 227 gün.. Və Richard Parkerlə- Benqal pələngiylə birlikdə...
- Henri Devid Toro - "Uolden, yaxud meşədə həyat"
"Uolden, yaxud meşədə həyat" (ing. Walden) amerikan filosofu və şairi Henri Devid Toronun əsas əsəri. Ralf Uold Emersonun transsendentalizm ideyalarını dərindən dərk etmiş 27 yaşlı Toro 1845-ci ilin yazında, cəmiyyətdən təcrid olaraq fikrini insanın özündə və ən əsas ehtiyaclarında cəmləşdirmək eksperimentini həyata keçirmək qərarına gəlir. O, Konkord şəhəri (Massaçusets ştatı) ətrafında, Uolden gölünün sahilində özünün tikdiyi daxmada məskunlaşır.
Filosof gününün əsas hissəsini bostançılıqla, balıqçılıqla, avar çəkmə ilə, üzmə ilə, klassikləri oxumaqla keçirərək həyat üçün tələb olunan bütün şeylər ilə özü-özünü təmin edirdi. Toro öz eksperimentləri ilə maddi zənginliyə həris olan müasirlərinə anlatmaq istəyirdi ki, cəmiyyətdən kənarda da, öz təbii ehtiyaclarını öz əməyinlə ödəyərək də xoşbəxt və gözəl yaşamaq olar.
- Endi Veyer - "Marslı"
"Marslı" Endi Veyerin ilk debüt romanıdır. Romanın mərkəzində şəraitdən ötəri Marsdan ayrılan astronavt Mark Vudni var. Yaşamaq və Yerə qayıtmağa çalışmaq üçün əzm göstərmək və bütün biliklərini tətbiq etmək lazımdır. Roman elmi-fantastika janrına aiddir və bir sıra fantastik fərziyyələrin yer aldığına baxmayaraq elmi cəhətdən etibarlıdır. 2015-ci il üçün Publishers-in həftəlik sıralamasına görə ən yaxşı satıcılar siyahısına daxil edilmişdir. Roman Endi Veyer-ə bir sıra mükafatlar o cümlədən ən yaxşı yeni müəllif kimi "Hugo", "Seyun" və digər dəyərli mükafatlar gətirdi. "The Fiction of the World" jurnalı "Marslı" nı 2014-cü ilin ən yaxşı fantastik kitabı adlandırıb.
- Cek London - "Dəli köynəyi"
"Dəli köynəyi" Cek Londonun az tanınmış əsəri olsa da, onun yaradıcılığının incilərindən sayılır. Darrel Stendinq adlə aqnorom professor qısqanclıq səbəbindən öz iş yoldaşını öldürür. Bundan sonra elm adamı Kaliforniya həbsxanasının bütün dəhşətlərindən keçir. Amma insan ruhu bədəndən daha alidir və Stendinq bədənini "dəli köynəyi"nə tərk edib ulduzlararası sərsəriyə çevrilir.
- Con Krakauer - "Vəhşi Təbiətə Doğru"
Bütün mülkünü paylayıb Alyaskanı tək başına fəth etməyə yollanan tələbə və idmançı Kris Makkendlessin hekayəsi. Baş qəhrəman vəhşi şərait və tənha ucsuz-bucaqlıqda baş çıxararaq, həvəslə mücadilə apararaq və bu sərt şərtlərdə hər nə olursa olsun sağ qalmağa çalışaraq atılmış avtobusda yaşayır. Kitabın dünya üzrə satışı 2,5 milion nüsxə təşkil etmişdi.