Ceylanmumoglucom - 3 yaş || Happy Birthday 🎉

in hive-131355 •  3 years ago 

Hər birinizi salamlayıram, qəhrəman Azərbaycan steemitçiləri!

Colorful Happy Birthday Instagram Post.png

Bu gün 1 noyabr 2018-ci ildə dünyaya gələn "kiçik qızımın" ad günüdür. Bilənlər bilir, 2 qızım var)
"Böyük qızım" Qadin.Net, "kiçik qızım" Ceylanmumoglu.com.
Böyük qızım artıq müstəqildir, anasından ayrılıb, özü öz başını dolandırır)
Kiçik qızımsa hələ balacadır, qayğı istəyir, böyümək üçün diqqətə ehtiyacı var)
Hə əzizlər, düz 3 il əvvəl, 1 noyabr günündə Azərbaycan internet məkanında belə bir sayt fəaliyyətə başladı.
Saytın ilk xəbəri də simvolik olaraq müəllifin ilk kitabı oldu. Düzü, ilk xəbərin hansı olacağını əvvəlcədən planlamamışdım.
Sonradan diqqət edəndə belə olmasına sevindim)
Saytın yaradıcısı əziz qardaşım, gözəl insan Kənan Rəcəblidir. Texniki məsələləri sağ olsun, həmişə özü həll edir və dəstək olur.

sayt ad gunu.jpg

Hazırda saytda 636 xəbər paylaşılıb. Onların arasında kitablarla bağlı məlumatlar da var, resenziyalar, araşdırma məqalələr də, tərcümələr, müsahibələr də. Saytda qələm dostlarımın yeni şeir və hekayələri də yer alıb. Gənc və istedadlı şairimiz Firudin Həmidli yeni şeirlərini və tərcümələrini saytımızdan heç əskik etmədi. Özü də deyir ki, sizin saytın mənim yaradıcılıq həyatımda xüsusi yeri var. Bu cümləni duyduğumda çox sevinmişdim.
Bu ilin başlanğıcından Xəzər Universiteti Filologiya(Azərbaycan dili və Ədəbiyyatı) yuxarı kurs tələbələrinin diqqətini də cəlb edib. Tez-tez dəyərli əsərlərimiz haqqında resenziyalarını yazıb göndərirlər və yazılarını sosial şəbəkədə paylaşıb oxudurlar.

sayt ad gunu2.jpg

Doğrudur, saytın hələ heç bir gəliri yoxdur. Nə reklamlardan qazanır, nə Google Adsensedən. Zatən bu məqsədlə açılmamışdı da. Məqsəd müəllifin özünüinkişafı ilə yanaşı, sayta girənlərə də fayda vermək, onları da motivasiya etmək idi. Düşünürəm ki, bu günkü nəticələrə baxıldığında əməyimin boşuna getmədiyi ortadadır. Sayt aktivdir, hər gün müəyyən sayda oxucusu var, klikləmə sayı var, faydalananlar var.

26e525e7-6e64-4549-89e6-af4d58c0a6dc.jpeg

Saytımız üçün nə arzu edə bilərik? Kiçik qızımızın addımları uğurlu olsun. Nəzərdə tutduğu inkişafa müvəffəq olsun!
Ad günün mübarək, Happy Birthday - Ceylanmumoglu.com! 3 yaşın mübarək! 🤩🥳🎉🎊

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Ugurlu olsun

Təşəkkürlər, Elvin bəy.

Xoşdu

DƏYƏRLİ MÜDRİK QADIN PSİXOLOQUMUZ Sizi səmimi qəlbdən təbrik edir və ALLAHdan uğurlarınızın davamının gəlməsini diləyirəm. AMİN🤲 O gün olsun, Balaca Qızcığazın dünyaya gəlişinin 3 ilin davamına 1 sıfır da əlavə edib beləcə davam edəsiniz. AMİN İNŞƏƏALLAH🤲

Gözəl arzunuz üçün minnətdaram, dəyərli Orxan bəy. Allah razı olsun! İnşallah, Amin 🤲

Buyurun xoşdur. ALLAH cümləmizlə razı olsun. AMİN Açığı mətnin əvvəlində Məni bərk təəccübləndirdiniz. Çünki, 2 Qızınızın olduğunu bildirdiniz amma, Mən Sizi tanıyandan bircə ALPAY balanı bilirdim.. Oxumağa davam etdikcə bildim ki, bu qızcığazlar tamam başqadırlar😂

Hə, bunlar virtual qızlarımdır)))

ALLAH hər zaman var etsin. AMİN🤲

Təbrik edirəm. Ömrü və bəxdi gözəl olsun inşallah 🥳🙂

Təşəkkür edirəm. Var olun!