Xoş gördük, dostlar! Necəsiniz?
Bizdə ziyarətlər, görüşlər davam edir)
Bu gün də İllərin kitab dostu, gözəl və aristokrat təbiətli xanım, şair Ümid Nəccarinin xanımı İlahə Ümidli ilə görüşdük.
İlahə xanım telefon açıb dedi ki, bəs Ceylan xanım biz iki körpə bala ilə siz tərəfə gələ bilmirik, gəlin biz tərəfdə görüşək, həm də sizin məndə qalmış əmanətlərinizi verim)
Dedim, hə nə olar ki) Onsuz biz gələndən elə gəzirik) Bakı-Sumqayıt sürücüləri bizi əzbərləyiblər)
Eləmədik tənbəllik, xüsusi mühafizəçim (bura gələndən ona telexronitel deyirəm, çünki bir görüşü buraxmır da) Alpay Mumoğlu ilə düzəldik yola)
Xəzər bağlarından əvvəlcə avtovağzala, oradan da Bakıya 20 yanvar metrostansiyasına getdik. havalar getdikcə isinir, bizim də nəfəsimiz təngiməyə başladı) 20 yanvardan Nəsimi stansiyasına getdik, İlahə xanımın dediyi istiqamətdən çıxıb gözləməyə başladıq. Məlum oldu ki, 15 dəqiqə erkən gəlmişik) Kölgə yer tapıb oturduq. Bir az sonra da İlahə xanım təşrif buyurdu. Görüşüdük, hal-əhval tutduq, sonra dedik, əyləşək qəşəng kafelərdən birində, çay içək, nəsə sifariş verək. Elə maraqlı dizaynlı kafeyə girmişdik ki, qapıda qoyulan işçi qayıtdı ki, bəs yemək sifarişi verməsəniz, masa açmırıq) İlahə xanım əsəbiləşdi ki, bu da yeni çıxıb? Biz qəlyanaltı etməyə gəlmişik, üstəlik nahar saatı da deyil) Adam dedi dediyimiz dedıxdır, vəssalam) Dedim, İlahə xanım, heç əhvalımızı pozmağa dəyməz, nə çox kafe-restoran)
Hə dostlar, nə başınızı ağrıdım, gəldik İlahə xanımın bildiyi başqa bir kafeyə. Baxdıq ki, bura daha da gözəldir, üstəlik geniş bağçalı, xüsusi otaqları olan gözəl bir məkandır. Bağçanın gözəlliyinə başım qarışdığından kafenin adına da diqqət etmədim) Günəş bağçanın ortasına düşdüyündən, kölgədə gizlənmək üçün xüsusi otaqlardan birinə keçib çay süfrəsi sifariş etdik.
Sifariş gələnə qədər, keçmişdən, indidən və gələcəkdən bol-bol danışdıq. Yaxşı ki, mühafizəçim ofisiantdan gələn kimi internet şifrəsini almışdı, oyunlardan birinə girib özünü məşğul edirdi)
Biz də iki söhbətdən coşmuş xanımlar arada Alpay balanı oyundan ayırır, fotoqraflıq etməyə məcbur edirdik)
İlahə xanımla Kitabsevərlər qrupundakı fəaliyyətimizdən danışdıq, onda qalan hədiyyələrimə baxış keçirdik) Keçmiş mükafatımı və hədiyyələrimi görəndə nostalji yaşadım və İlahə xanıma onları mənimçün qoruyub saxladığına görə təşəkkür etdim.
Şirin söhbətimizdən sonra hədiyyələrimizi də qoltuğumuza vurub kafedən çıxdıq) İlahə xanım bizə, biz də ona bol-bol təşəkkürləşib ayrıldıq. Növbəti dəfə görüşümüzün İstanbulda olacağını arzuladıq)
Çox uzun sürəli olmasa da,İlahə xanımla olan görüşümüz xoş və yaddaqalan oldu.
Daha sonra yenidən Bakı-Sumqayıt marşrutlarının yanına gəldik. Sürücülər hara getdiyimizi soruşmadan gəlin oturun, iki yerimiz var dedilər) naz elədik ki, yerlər ayrı-ayrıdır) O biri marşrutu gözlədik) Beləcə axşamtərəfi doğma şəhərimizə çatdıq. Sonrakı saatlar məlum) Bir az dincəldik, ailəmizlə zaman keçirdik, bağda sulama işlərinə kömək etdik və s.
Axırda da yıxılıb yatdıq)
P.S. Diqqət etsəniz,son zamanlar postlarımın sonunda yıxılıb yatdıq sözlərini qeyd edirəm) Həqiqətən, bura gələndən nədəndirsə, bəlkə də təmiz havadandır, erkəndən yuxumuz gəlir)
Salamat qalın, özünüzə yaxşı baxın)
Congratulations your post has been upvoted by The team Industrious seven.
Continue writing with the #thediarygame.
We are supporting the quality posts by using @steemcurator06. Happy steeming :)
#club100
The account was operated by @goodybest
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you 🤗🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit