#club100 🤗 // THE DİARY GAME Better Life. ||07.06.2022 🤗 "Decathlon May Fest festıvalı" (100% beneficiaries for Steemit Azerbaijan)

in hive-131355 •  2 years ago  (edited)

9995716c-995a-4fdf-8e5b-b29949065cb6.jpg

Xoş gördük, qrup əhli! Necəsiniz? Necə gedir işləriniz?
Məni soruşsanız, Şükür olsun, idarə edirik)

Bu gün sizə Maltepe sahil parkımızda Decathlon mağazasının təşkil etdiyi "May Fest" festivalından danışacağam.

12fb9026-2371-4821-b501-15da68f30d3d.jpg

Düzü, festivaldan xəbərimiz yox idi. Qayınatam sahildə qaçmağa getmişdi. Bir də gördüm, zəng elədi ki, bəs Alpayı da al gəlin buralara, qəşəng festival var. Bu istidə ora getməyə ərindim, sonra Steemit ağlıma gəldi ki, bu fikir də məni hərəkətə keçirdi) Festival+Steemit= hərəkət etmək) Axı, ürəkdə arzu var, Steemitlə zəngin olub dünya səyahətinə çıxmaq )))
@revan746 demiş, geyinib-keçinib düzəldik yola)

195152028_2978921822349978_4241442175418084344_n.jpg

Gəldik çıxdıq olay yerinə ki, bahooo, buralar arı, qarışqa kimi insan qaynayır. O qədər idman alətləri də gətiriblər ki, bilmirsən hansına baxasan) Kamyonlar da düzülüb)

a1118128-170f-427e-8308-e725ef7117be.jpg

1966ec48-945b-498f-a076-9c0264ea75ca.jpg

Demə Decathlon May Fest müxtəlif böyük şəhərlərdə Ankara, Bursa, İzmir, Antalyada bu festivalları keçirməkdəymiş, indi də növbə İstanbula çatıb.

79393ff2-24a0-449e-b39d-3051d99f5d07.jpg

İdman və yələncə dolu gün vəd edən Decathlon, doğrudan da altına girdiyi işin öhdəsindən var-gücü ilə gəlməyə çalışırdı. Dekorasiyalar, festivala gələnlər üçün rahat otura biləcəkləri açıq çadırlar, yerlərə döşənmiş şişmə döşəkçələr və s. Hələ pulsuz paylaşdıqları Nesfit barlarını demirəm) Alpaya 3 ədəd, valideyninə 1 ədəd)

227cfdaf-001a-402c-9fe5-2259aa4fc091.jpg

Biz digər iştirakçılar kimi döşəkçələrin üstündə əyləşmədik, sadəcə məkanı gəzib, fotolar çəkdik ki, Steemitə post olsun)

78be0940-aa07-4fd5-8fdc-055ef8cb52c1.jpg

Elə bir az gəzmişdik ki, Alpayın sinif yoldaşı və anasına rastladıq) Xoş-beş, hal-əhvaldan sonra onlar da bizdən öyrəndilər ki, bəs havayı Nesfit paylayırlar, tezcənə qaçdılar ora)) Havayı şeylər niyə belə şirin olur, görəsən)

31f6de91-de93-4a1e-b020-e5a176f7cc8a.jpg

Hə, nə başınızı ağrıdım, Decathlonun festival meydanında ox atan kim, tramplində hoppanan kim, boksyorluq edən kim, dağa dırmağan kim, yarışmaya qatılan kim, bir sözlə, aləm dəymişdi bir-birinə)

0d7e52e3-2d7a-4e63-8201-0995f8f409cd.jpg

Bir də aparıcının mikrofonla gələn o gur, qulaqbatırıcı səsi) Qıcıq etmişdi)
Bir ara Alpay da özünü boksda sınadı))

50421cec-8fc4-456f-81f4-31dbe6dd2727.jpg

Amma dağa dırmanmaq istəmədir, dedi mən uşaq deyiləm ki)

66127741-a08c-4a26-99c7-4eaee9b86aaf.jpg

Festival məkanının hər yerini dolaşdıqdan sonra baxdıq ki, qulaqlarımız artıq tab gətirmir, yavaş-yavaş sivişmək lazımdır)

5240bb1e-0db8-4332-a6fc-207e1b7d7da7.jpg

Elə də etdik) Evə qayıdanda hələ də qulaqlarımızda bas səsi guppuldayırdı)
Buna baxmayaraq maraqlı bir gün yaşadıq) Alpay bala susamışdı, su aldıq, yanında da dondurması)

Axşamüstü hərə öz dünyasına çəkildi, mən isə vəzifəmin başına) Esma ilə ev tapşırıqlarını həll etdik və dərs ilinin sonu olduğu üçün tapşırıqlar azalmışdı, şükür)

ace10b95-e83f-4645-a992-c71de4798b32.jpg

Beləcə, bugünkü əyləncəli günümüz də başa çatdı)

Düşünürəm ki, bu gözəl festivala kurator cənabları da diqqət etməli və idmana həvəsləndirmə əhval-ruhiyyəsindən zövq almalıdırlar.

Photo by @ceylanmumoglu

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!