Xoş gördük, Steemit-Azerbaijan ailəsi!
Necəsiniz?
Mən, bildiyiniz kimi, vətəndəyəm. Hər gün məşğulam) Evə gələn ziyarətçilər, harasa dəvət edən dostlar, qohum-əqrəbalar və s.
Bu gün də uşaqlıq rəfiqəm Nərmin və ailəsi ilə xoş gün keçirdik.
Nərminlə 10-cu mikrorayonda eyni binada yaşamışıq. Eyni orta məktəbə də getmişik və eyni sinifdə oxumuşuq. Nərmin çox operativ, təşkilatçılıq qabiliyyəti yüksək, dostluqda sadiq insandır.
Təşkilatçı olması elə orta məktəbdən görünürdü. Sinif nümayəndəsi seçilmişdi. Hamını hərəkətə keçirmək, motivasiya etmək sanki vəzifəsinə çevrilib. Elə bu günkü görüşümüzün təşkilatçısı da odur)
Görüşümüz Sumqayıt bulvarında baş tutdu. Bulvarımızı tanımadım. 5 il qoyub getdiyim bulvar deyildi. Göyərçin abidəsinin yanı-başı binalarla dolub. Mat-məətəl qaldım) Öyrənmişdik axı, genliyə-bolluğa)
Amma indi...
Görüşümüz şən hava notları üzərində keçdi. Keçmiş xatirələri yad edib, yaxşıca gülüşdük) Çoxlu zarafatlaşdıq)
Alpay bala arada sıxılmağa başladı, böyüklərin uzun-uzadı söhbətlərinə vərdiş etməyib) Yaxşı ki, dayısı oğlu Nurlan yanında idi və bəzən ayağa qalxıb bulvarda gəzişirdilər.
Axşam hava qaralanda evə qayıtdıq. Nərmincim dedi ki, biz hələ ürəkdən, baş-başa dərdləşə bilmədik. Bu da qalsın növbəti qonaqlığa)
Beləcə, qucaqlaşıb ayrıldıq) Hə, onu qeyd etməyi unutdum axı) Nərmin yeganə uşaqlıq rəfiqəmdir ki, mənim hər nazıma səbir edib və hələ də yanımda qalan insanlardan biridir) Ona görə də, xətri yanımda hərdaim əzizdir. :)
Göyərçin abidəsinin yanından axşam sərinində evə qədər yürüdük. Bu yaxşı təsir etdi, eyni zamanda yuxmuzu da gətirdi. Evə çatan kimi, əl-ayağımızı yuyub yatdıq)
Photo by @ceylanmumoglu
O vaxtı deyirdiləree kənd yaxşıdı şəhər.😁 İndi türkiyə yaxşıdı Azərbaycan.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mənə görə hər ikisi yaxşıdır. Amma Norveç və ya İsveç olsa əla olacaq 😅
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit