Xoş gördük, dostlar! Necəsiniz?
Bizi soruşsanız, görüşlər, ziyarətlər davam edir)
Bu gün də əziz və dəyərli şair dostum Firudin Həmidli ilə görüşdük.
Firudin bəylə artıq neçə ildir facebook sosial şəbəkəsində tanış olmuşuq. Ortaq dostlarımız vasitəsilə bir-birimizi tanımışıq. Sonra isə fikir mübadiləsi, yaradıcılıq müzakirələri, beləcə, tanışlıq gözəl bir dostluğa keçid edib. Bu günsə, artıq sanki illərin əziz dostları, insanları kimi görüşdük.
Firudin bəylə görüşü doğma şəhərimiz Sumqayıtda təyin etdik. Həm də onun Sumqayıta ilk gəlişi oldu. Məşhur Göyərçin abidəsinin yanında görüş yerini qərar verib, dediyimiz saatda orda olduq. Məlum oldu ki, Firudin bəy Sumqayıta sürət qatarı ilə gəlib, sonra isə avtobusla sahilə yetişib. Dedim, buna bax ey, heç mənim qatardan xəbərim yoxmuş)
Bir yerdə oturub çay sifarişimizi verdikdən sonra, səmimi ortamda söhbətimiz başladı. O qədər gözəl söhbət etdik ki, Alpay bala ilə kuzeni Nurlanda qonağımız haqqında xoş təəssürat oyandı.
Daha sonra Firudin bəylə hədiyyələşdik. Mən onun istədiyi bir lüğət kitabını alıb gətirmişdim. O isə Hədəf Nəşrləri üçün tərcümə etdiyi iki kitabı və Könül Bünyadzadənin bir kitabını mənə hədiyyə etdi. Tərcümə kitablarını imzalamağı da unutmadı.
Doyulmaz söhbətimizi çay süfrənin ardından sahildə dənizi seyr edərək davam etdirdik. Abşeronun həmişəki küləyi yenə baş-paltarımızı, saçlarımızı bir-birinə qarışdırdı)
Bir qədər gəzərək şirin söhbətdən sonra isə yenidən Göyərçin abidəsinə doğru qayıtdıq, qonağımıza gəldiyi üçün təşəkkür edib yola saldıq.
Qonağımızı yola salandan sonra ana-oğul özümüz də bir balaca əyləndik)
Axşamtərəfi hava qaralanda evə qayıtdıq. Çox yorulmuşduq) Eləcə yıxılıb yatdıq)