Ağac haqqında o qədər atalar sözləri və deyimlər var ki, hamısı da düşündürücüdür. Viktor Hüqo daha içdən, daha dərindən yanaşıb ağac olayına. Yazıb ki, "Məhəbbət ağac kimidir: öz-özünə bitərək, varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında da çiçəkləyib yaşamaqda davam edir".
Dünən bağçamızdakı ağacların qol-budaqlarını kəsdilər. Daha doğrusu, budadılar.
Biz də yuxarıdan seyr edirdik. Bu, mətbəx pəncərəmizdən olan görüntüdür.
Mütəxəssislərə görə, "Ağaclarda vegetasiya dövrü başa çatdıqdan, yəni yarpaqlar saralıb töküləndən sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə xəstə, quru, qurumaqda olan və həşəratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir".
Düzü bilmirəm, bağçamızda ağacların hamısının canına oxuyan o bağbanlar yuxarıda yazılanlara nə dərəcədə dəqiq əməl etdilər, nəticə bu oldu ki, yayda bizə xeyli kölgə salan iki böyük ağacımız lüt-üryan qaldı)
Yuxarıdan kəsilən qol-budaqlara baxıb üzülsək də, ətraf yığışdırılıqdan və bağbanlar öz maşınları ilə getdikdən sonra bağçamız xeyli gözəlləşdi və daha səliqəli göründü. Ürəyimdə dedim, boşuna üzülmüşük burda) Adamlar işlərini görüblər.
Belə, dostlar. Yazımın başında Hüqodan sitat gətirmişdim. Əslində, "Qadının üç yaş dövrü" romanımda Həyat ağacı haqqında özüm də yazmışam. İntəhası uzundur. Sizi yormayım)
Migel de Servantesin sitatı ilə bitirim)
Yazıb ki, "Yaxşı bir ağaca sarılan kölgəsiz qalmaz".
Biz də Steemit ağacına sarılmışıq. Steemitlə qalın. Kölgəsiz qalmayın)
Xeyirli olsun. AMİN Ehh məhləmizin çinarları yadıma düşdü. 8ci mərtəbəyə çatırdılar.Onlar da bunlar kimi cavanlaşdılar. Bircə biz də cavanlaşa bilsəydik)))😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
İnsanın cavanlaşması daxildən başlayır.
Asan deyil, amma çətin də deyil)
Rəy üçün təşəkkürlər, dəyərli Orxan bəy. 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ümumilikdə cüzi də olsa həyat təcrübəmə əsasən deyə bilərəm ki, həyatda çətin heçnə yoxdur.Sadəcə həyatın nəbzini tutmaq lazımdır.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hə, orası elədir. Bircə ölümə çarə yoxdu)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Məncə təbiət çox şeyləri ifadə edir. Sadəcə onları ruhən anlamaq lazımdı.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Həqiqətən, belədir. Təbiət həm də müəllimdir.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təbiəti sevib, qoruduqca o da bizə eyni şəkildə dönüş edəcəkdir. 🍀💚
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Tamamilə doğrudur. 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ağaclarin qayğıya ehtiyacı olur. Insanların onunla xoş rəftarı bol məhsul verməsinə səbəb olur
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Haqlısınız. Bütün canlılar kimi, ağacların da məhəbbətə və qayğıya ehtiyacı var. 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Əla! Təbiətin hər zaman qayğıya ehtiyacı vardır.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Elədir.
Rəy üçün təşəkkürlər.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit