#club5050 || The diary game: 14.11.2021 Psixoloji test (8)

in hive-131355 •  3 years ago 

Lope de Veqa adlı bir ispan şairi var. Yazıb ki, "İnsan özünü xoşbəxtliyə yalandan inandırsa belə, gözəldir. Çünki bu, şəxsə rahatlıq gətirir."

#club5050.png

Əvvəlki həyatıma dönüb boylananda bəlkə də belə saçma sapan düşüncələri hansısa dəftərimə qeyd etmişəm, bu azmış kimi bəlkə də belə düşüncə ilə illərlə yaşamışam.
O məşhur filmlərdə aktyorlar deyirlər e, "Oh my God!"
Qurban olum sizə, lap elə başınıza dönüm) Siz Allah, yalandan inanmaq nədir? Nəyimə lazımdır axı saxta rahatlıq?
Bilmirəm, bəlkə də insan yaşlanınca belə gülməli fikirlərə, lap istehza ilə yazılmış olsa belə, əsəbiləşir, içdən-içə çərləyir)

Nə isə...
Keçək testimizə:

Psixoloji test (4).png

Şəkildə ən xoşbəxt olduğunu düşündüyünüz insanı müəyyənləşdirin.

İnanmaq çətin olsa da, şəkil testləri şəxsiyyətimiz haqqında çox şey deyir. .Psixoloqlar tez-tez xəstənin xarakterini deşifrə etmək üçün bu üsuldan istifadə edirlər.
Cavablar rəydə yazılacaq...
Hə, bu arada temanı yeni sitatla bitirim)
İnsan xoşbəxt olduğu zaman yaşayır. Qalan vaxtlarda isə ömür sürür. (Derkaç)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

6-cını seçdim, çünki itlərə qarşı aşırı düşkünəm))

Altı - Cazibədar və optimist xəyalpərəst - Deyirlər ki, tez-tez buludlarda olursunuz. Sən beləsən, öz düşüncələrinin arxasınca qaçırsan. .təxəyyülünüzü yaşayırsınız və sanki başqa qalaktikada yaşayırsınız kimi davranırsınız. Bunu hamı başa düşmür və qəbul etmir. İnsanlar başa düşmürlər ki, ətrafda çox pis şeylər baş verəndə gülümsəməyə davam edə bilərsiniz. Bəlkə buna görə uşaqlarla çox yaxşı anlaşırsan..

En böyük xoşbəxtliyim telebe adıni qazananda idi. Bunu sözlə ifadə edə bilmirəm

Nə gözəl)

5

Beş - İddialı, inkişaf etmiş altıncı hisslə İstənilən vəziyyətin öhdəsindən gəlməkdə çeviksiniz və hər yerdə parlayırsınız. İstənilən qrupa uyğunlaşmaqda çox yaxşısınız. İnsanlar sizi sirli, lakin cazibədar bir insan hesab edirlər. .siz məsafələrlə dolusunuz və yalnız kimisə həqiqətən bəyəndiyiniz zaman nə qədər yaxşı olduğunuzu göstərirsiniz. Siz münasibətdə əlasınız.

Aman Tanrım mütevazi olamıycam😂

😂😂

#club5050 😊

Thank You Very Much 😊

Təbriklər.🎉🎉🎉

Təşəkkürlər, Sayın Admin😊

Şəkil 4-ü seçdim.

Dörd - Etibarlı və səmimi, başqalarının rəğbətini qazanan
.Dostlarınızın məsləhət üçün müraciət etdiyi hesablayan insansınız, çünki müdrik qərarlar verməkdə çox yaxşısınız. Siz xoşbəxtliyə böyük əhəmiyyət verirsiniz və bunun sizin üçün vacib edən insanlarla münasibətlərdən qaynaqlandığına inanırsınız. .siz çox məşhursunuz, çünki həmişə ətraf mühitin qayğısına qalırsınız. Həm də hazırcavab və gülməlisən. İnsanlar bunu yüksək qiymətləndirirlər.

Mən 2 - cini secdim

Həm də sizə təbriklər 👏👏

Çox təşəkkürlər :)

İki - Çətinlik ruhu və vəzifə hissi ilə dolu
Siz fərqli şeyləri sınamağı və inqilabi düşüncə ilə insanları təəccübləndirməyi sevirsiniz. Siz işdə yaxşısınız, çünki insanların vəziyyətlərini və ehtiyaclarını dəqiq başa düşmək üçün heyrətamiz qabiliyyətiniz var. .siz "qaynayan baş" deyilən, müsbət enerjili və başqalarını motivasiya edən və inkişafı təşviq edən aktiv şəxsiyyətli bir insansınız.

2-ci mənə daha real gəlir. Özümü tez tez o formada görürəm. Pəncərədən boylanarkən. çox az həm də :) qısa müddətlik 3-5 saniyəlik boylanmalar.

İki - Çətinlik ruhu və vəzifə hissi ilə dolu
Siz fərqli şeyləri sınamağı və inqilabi düşüncə ilə insanları təəccübləndirməyi sevirsiniz. Siz işdə yaxşısınız, çünki insanların vəziyyətlərini və ehtiyaclarını dəqiq başa düşmək üçün heyrətamiz qabiliyyətiniz var. .siz "qaynayan baş" deyilən, müsbət enerjili və başqalarını motivasiya edən və inkişafı təşviq edən aktiv şəxsiyyətli bir insansınız.

məncə çox abartılıdır. :)

Heç uyğun gələni olmadı?)

qismən :)

Bəzi yalanlar varki, insanı gerçəkliyə sürükləyir. Sizin bu fikirlərinizə mən də qoşuluram. Hərdən olur Dostlarımla söhbətlərdə vəya öz-özümə çorta gedəndə belə bir fikir beynimdə formalaşır : Həyat, yaşam və bir çox adət- ənənələr, bayramlar çox sıxıcı, mənasız, dadsız bir yemək kimi görsənir. Bilmirəm yaş ötdükcə insan həyatı daha dərin dərk etməyə başlayır ya ondandı, yada pozitiv həyatın nəbzini hələ də tuta bilməmişəm... Şəkillərdə seçimim 6-dır. Bir çox Psixoloji məsləhətlərdən eşitdiyimə, oxuduğuma görə insan neqativ fikirlərdən yayınması üçün heyvanlara da sevgi göstərməlidir. O təcrübəni öz üzərimdə aparmışam. Həqiqətən elədir. Ona görə də 6 cavabımda fikrimi qətiləşdirirəm.

Təkrar xoş gəldiniz, Orxan bəy. Həmişə siz gələsiniz. :)

Altı - Cazibədar və optimist xəyalpərəst - Deyirlər ki, tez-tez buludlarda olursunuz. Sən beləsən, öz düşüncələrinin arxasınca qaçırsan. .təxəyyülünüzü yaşayırsınız və sanki başqa qalaktikada yaşayırsınız kimi davranırsınız. Bunu hamı başa düşmür və qəbul etmir. İnsanlar başa düşmürlər ki, ətrafda çox pis şeylər baş verəndə gülümsəməyə davam edə bilərsiniz. Bəlkə buna görə uşaqlarla çox yaxşı anlaşırsan..

Düz sözə nə deyəsən?🤔😊 Bravo 👏👏👏 Dəyərli Müdrik Qadın Psixoloqumuz əziyyətinizə cavab olaraq minnətdaram. ALLAH razı olsun. AMİN İNŞƏƏALLAH🤲

Allah cümləmizdən razı olsun. Amin 🤲

🤲