Xoş gördük. Hər birinizi salamlayıram.
Mən Ceylan Mumoğlu. Azərbaycanlı yazıçı, tərcüməçi və publisist.
Odlar Yurdu Azərbaycanın Sumqayıt şəhərində dünyaya göz açıb, böyümüşəm. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsin qəbul olub, 1997-ci ildə məzun olmuşam. 1997-2007-ci illər ərzində müxtəlif məktəblərdə tarix müəlliməsi işləmişəm. 2007-ci ildən ailə quraraq Türkiyənin İstanbul şəhərinə köçmüşəm. 2011-ci ildən Türkiyə vətəndaşıyam.
Gələk fəaliyyətimə...
2009-2017-ci illərdə Azərbaycanın ilk milli qadın portalı olan qadin.net saytında həmtəsisçi və baş redaktoru vəzifəsində işləmişəm.
2009-cu ildən saytdakı fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyətə də başlamış, bir çox psixoloji, parapsixoloji araşdırma məqalələrin, müxtəlif müsabiqələrdə mükafat almış hekayələrin və "Aydınlanma səyahəti", "Qurbağa öpüşü", "Sev və inan", "Qadının üç yaş dövrü" kitablarının müəllifiyəm.
Həmtəsisçisi olduğum qadin.net saytı 2013-cü ildə Azərbyacan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer tutub.
2018-ci ildə “Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalının “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə keçirdiyi hekayə müsabiqəsində "Quyu" hekayəsilə iştirak etmiş və uğurlu iştirakıma görə təltif edilmüşəm.
2018-ci ildən Azərbaycanda "Ustad", 2020-ci ildən isə Türkiyədə "DergiZan" jurnalında fəaliyyət göstərir və mütəmadi olaraq bu jurnallarda yazıları çıxır.
2018-ci ilin dekabr ayında "Kuyu" adlı ilk türkcə hekayəsi yayımlanıb.
2021-ci ildə Qadının üç yaş dövrü romanı türk dilinə tərcümə edilib və "Kadının üç çağı" adı ilə Ankarada nəşr edilib.
Hazırda ilk kitabım "Aydınlanma səyahati"nin 3-cü nəşri çap edilib, qarşıdakı günlərdə satışa çıxacaq.
Tərcümə etdiyim kitablar:
Alfred Adler, "Sosial maraq"
Eudien Ovidiu Çiroviçi, "Güzgülər kitabı"
Reymond Kerver, "Sevgidən bəhs edəndə nə danışırıq"
Ceylan Mumoğlu, "Dünya ədəbiyyatından hekayələr"
Məni bu sosial şəbəkəyə dəvət edən dostlara çox təşəkkür edirəm.
Digər işlərimdə faydalı olduğum kimi, əminəm, burda da paylaşmalarımla topluluğumuza nələrsə qatacağam, İnşallah. 😊
Steemit Azerbaijan - Eşq olsun!
Burada yaxından uzaqdan imzasını tanıdığım Ceylan xanımı görmək o qədər xoş oldu ki. Uğurlar azrulayıram.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkür edirəm. Şad oldum :)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steemit Azerbaijan topluluğuna xoş gəldiniz. Uğurlarınız bol olsun.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkür edirəm. Var olun.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ceylan xanım xoş gelmisiz İnşallah bütün işlerivizde uğurlar
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Minnətdaram. Var olun.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
xoş gəlmisiz Steemit ailemize
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkür edirəm 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit