Uşaq vaxtı səhərdən axşamacan atılıb düşərdik, deyib-gülərdik, binamızın yaxınlığındakı yeni inşaat dəmirlərinin üstündən daşların üstünə, oradan da bloklarımızın qarşısına qaçardıq, nə vaxt qaş qaraldığını bilməzdik. Bir də onu görərdik ki, anamız, yaxud atamız qazovka iyi verən üst-başı, yorğun-arğın halı ilə həyətdə ora-bura boylanıb bizi çağırır, biz də onun səsinə hay verər, götürülüb evə qaçardıq, qaça-qaça dönüb tez-tez həyətdə qalan uşaqlara əl eləyərdik...
İllər keçdi. Yaşa dolduq. Arzular qəlbimizdə yuva saldı. Hamımızın qəlbini coşduran, bizi yaşamağa, yaşatmağa çağıran arzular! Arzular hərəmizi dünyanın bir tərəfinə atdı.
Böyüdükcə bir şeyi anladıq ki, həyat hər zaman durğun su kimi eyni yerdə dayanıb durmur, axar çay kimi gözümüzün önündən axıb gedir. Və bu axında bizim həyatdakı yaş mərhələlərimiz, uğurlarımız, uğursuzluqlarımız, xəstəliyimiz, sağlamlığımız, sevinclərimiz, kədərlərimiz, nisgillərimiz, həsrətlərimiz, hər şeyimiz də axır, axmaqda davam edir.
İndi oturub özümlə birlikdə uşaqlıq şəklimə baxıram. Gözlərimin ifadəsinə. O məsum körpə baxışıma. Və içimdəki gileyli uşaq mənə sual verir. Noldu sənə? Niyə qəlbin əvvəlki kimi coşmur, səni yaşamağa, yaşatmağa çağıran arzular hara getdi? Dünyamı dəyişdi, sənmi dəyişdin? Sual qarşısında acizəm. Nə cavablayacağımı bilmirəm, ancaq onu bilirəm ki, dünya üçün də, insan üçün də narahatam. Şikayətlənmirəm də. Sadəcə əlimi-qolumu sallayıb təslim olmuşam. Hə, təslim! Bilirsinizmi, təslimiyyətdən gözəl şey yoxdur dünyada. Xəfif axşam mehi kimidir, ruhumuzu hər tərəfə aparır, hər yerə yayır, hətta sonsuz ənginliklərə qədər səni səndən azad edir. Azad...
P.S. Bu arada fotoda bənzəyirik? :)
Nə şirin postdu😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkür edirəm 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ehh uşağlığ illeri en gözel günler heçne düşünmürdün bir oynamağ birde qarnın acanda yemeyi bilirdin😒
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit