Kəpənək gülü

in hive-131355 •  2 years ago 

Hər kəsi salamlayıram. Sizlərə öz əllərimlə əkdiyim və yetişdirdiyim bu gülün şəklini paylaşmaq istədim. Bu gülün yarpaqlarının görünüşünə görə hamı bu gülə kəpənək gülü deyir. Ən çox sevdiyim güllərdən biridir.

20220310_105039.jpg

Bu gülün ən maraqlı xüsusiyyəti axşamlar yarpaqlarını çətir kimi aşağı qatlayaraq bağlamasıdır. Elə bil sanki gecələr yatır. İstənilən növ torpaqda yetişir.

20220310_105004.jpg

Bu gülü yaxşı işıqlı yerdə saxlamaq lazımdır. Çox gölgədə yarpaqları çox uzanır və sınır, yaz aylarında da çiçək açır. Çicəkləri səhər tezdən açılır və günortaya doğru bağlanır. Çox su vermək köklərini quruda bilər. Ən iri yarpağını kökündən dartaraq çıxarın və suda saxlayın, kök atandan sonra da torpağa əkə bilərsiniz.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!