Salam əziz "Steemit Azerbaijan☪✔" ailəsi. Bəli, bəli, bəli. Bahar gəldi, soyuq qış havasına əlvida. Səhər tezdən duranda daha şaxtalı soyuq hava yoxdu, onu günəşin parlaq şüaları əvəz edir. Pəncərədən küləyin səsi deyil, quşların səsi gəlir. Boz sərçələrin civ-civi, qaranquşların səsi bizi sübh tezdən oyadır.
Daha heç kimi qışın soyuğu qorxutmur. Belə deyək də, qışda ətrafımız və bütün təbiət sanki ağ-qara televizor kimi görünür. Təbii ki, mən öz fikrimi deyirəm. Hara baxırsan, kimə baxırsan hamı altdan-üstdən geyinib. Amma yaz tam başqadır. Təbiət yuxudan oyanır və həyat öz rəngarəngliyinə davam edir.
Təbiət demişkən xırda həm də çox sayda çiçəklər torpağı bir xalı kimi bəzəyir. Novruz gülü, ən çoxda Bənövşə. Bəlkədə mən adını düz demirəm amma, mən belə bilirəm. Yam-yaşıl otlar, ağaclar təkcə insanları deyil həşəratlarıda özünə cəlb edir. Arılar, qarışqalarda hərəkətə keçir.😉
Hələ körpələri, uşaqları demirəm. Necə sevinirlər. Hamısı həyətdə oynayır, şənlənir. Bir sözlə mənim üçün ən gözəl fəsil yazdı. Düzdür hər fəslin öz gözəlliyi var. Amma biri seçilməlidirsə o da yazdır. Yenidən xoş gəldin Bahar.