Göz gözəlliyi görmək üçün yaranıb. Hər şeydə ancaq pisi axtaran insanları anlamama səbəbim budur. Dünya bu qədər gözəl ikən insan niyə gülü qoyub tikanından yapışsın ki? Bu insanı bir yerə əlbəttə aparır, amma gedilən yol qaranlıqdır, gedən isə kabus.
Həyat bütün rəngləri ilə o halda gözəldir ki, sən sənə gələni qucaqlayıb sonra özünə yaraşan formada yola salırsan. Rəngi sən yaradırsansa və ancaq qarada qalırsansa, heç kimə heç nə etmirsən əslində. Özündən başqa heç kimə.