Davam edirik

in hive-131355 •  3 years ago 

Salam dəyərli Steemit Azərbaycan üzvləri. İnşaAllah hər biriniz yaxşısınız.
Bu gün yenə məşğul olduğum işimə uyğun bir yazı yazdım. Adətən məşğul olduğumuz, çalışdığımız işlərə uyğun geyinməli oluruq. Belə desək yalnış olmaz "geyimlərin içərisindəki insanlar kimi, elə insanların üzərindəki geyimlər də fərqli fərqlidir" (Sözün müəllifi özüməm)).)

Adətən rəsmi işlərdə, dövlət, ofis işlərində çalışanlar kostyum geyinməli olur. Birdə yarı rəsmi sayılan, kişi geyimi var ki, adətən içtimai tədbirlərdə, "gecələrdə" bu geyimə müraciət edirlər. Bu geyimin elə özünə məxsus da adı var Smoking.

d4ba3543-54bf-4681-9fe2-2d04afff3cec_size1000x1500_quality100.jpg

Dediyimiz kimi Smokin, yarı rəsmi geyim formasıdır. Pencək və şalvar ümumiyyətlə qara rəngdə olsa da, içərisində ağ rəngli, dik yaxalı köynək və qara 🤔🤔🤔 papyon,baboçka, kəpənək formalı qalstuk geyinilir.

İndi hörmətə minən, əsilzadə geyimi olan bu geyim adından məlum olduğu kimi 19 -cu əsrdə İngiltərədə ziyafət gecələrinə qatılan kişilərin siqaret, sigar qoxusu üstlərinə çökməməsi üçün ayrılmış otağa girərkən geyindikləri gödəkçədir. Və yeri gəlmişkən dilləri eyni olsada ,Amerikada bu geyimə Tuxedo deyilir. Bununda səbəbi Tuxedo ipəyindən hazırlanmasıdır ki oda adını tuxedo əyalətindən alıb.
Həmişə gözəl, şux və ürəyinizcə geyinə bilin ...

İmage

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!