Geyim fərqi

in hive-131355 •  3 years ago  (edited)

Salam Steem Azərbaycan əhli. Hər birimizin ortaq nöqtəsi olan Steem Azərbaycan topluluğunda, hərənin özünə görə bir peşəsi, bir ixtisası və bir çalışma sahəsi var. Düzdü elə gətiribdir ki indi çoxumuz öz profesiyamız üzərinə işləmirik. İxtisasım başqa olsada, 20 ildən çoxdu ticarətlə məşğulam. Doğrudur ticarət böyük anlayışdı, biz ticarətin geyim sektorundayıq. Dediyim kimi hərənin öz işi var, bizim işimizdə geyindirməkdi, paltar geyindirmək.

IMG-20211003-WA0000.jpg

IMG-20211003-WA0002.jpg

IMG-20211003-WA0001.jpg

Doğrusu indi at izinin-it izinə qarışdığı zamandı, kim nə istəyir geyinir. Kostyumu da , şalvarıda, köynəyidə- kişi də geyinir qadın da. Ta əvvələrdən bu geyimləri biri birindən fərqləndirən düymələrin bağlanmasıdı. Bildiyimiz kimi, kişi geyimləri soldan sağa, qadın geyimləri isə həmişə əksinə bağlanır.
Bunun səbəbi qadınların solaxay olmasıyla, ya da beyinlərinin sol tərəfini daha çox işlətməsiylə bağlı deyil və qəti əlaqəsi yoxdu. Bunun səbəbi qədim dövrlərə gedir. Əvvəllər varlı xanımları onların qulluqçuları geyindirirdilər. Sağ əl ilə işləyən qulluqçular üçün isə sol tərəfdə yerləşən düymələri bağlamaq daha rahat idi.
Kişilər isə

IMG-20211003-WA0003.jpg

çox vaxt özləri geyindikləri üçün onlara sağ tərəfdə yerləşən düymələri bağlamaq daha asan gəlirdi. Bunun nəticəsidir ki, indi də düymələrin bu cür yerləşdirilməsi adət halını alıb. Hər birinizə istədiyiniz kimi geyinməyi və heç kimə möhtac olmadan geyinə bilməyi arzu edirəm.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Gözəllik ondur, doqquzu don.

Bu söz yəgin bir başa fizki gözəllik üçün deyilib.