Salam Steem Azərbaycan. Vaxtınız xeyir.
Vaxt iitirmədən vaxtın, zamanın göstəricisi olan saatdan danışaq. Zaman ötdükçə, dünya inkişaf etdikcə dünyada mövcud olanlar da inkişaf etdi,dəyişdi, müasirləşdi. Yəgin nə vaxtsa hər adamda, hər yerdə saat olmayıb. Hər şey kimi oda inkişaf etdi, saat da müasirləşdi. Kölgədən-quma, qumdan- analoqa, analoqdan- elektrona və digital formaya qədər müasirləşdi.
Ancaq istiqamətini dəyişmədi. Kəşf olunduğu gündən ta bu günə kimi sağdan sola hərəkət edir saat. Niyə məhz sağa doğru hərəkıt edir bu saat?
Qədim misirlilər Günəşin hər gün nizamlı olaraq bir yerdə doğulub, müəyyən zamanlarda səmanın eyni nöqtələrində görünüb batdığını müşahidə etdilər.
Beləcə, Günəşin bu hərəkətindən faydalanaraq ilk günəş saatını düzəltdilər. Bu saat yüksək bir yerə böyük bir daş qoymaqdan və günəşin hərəkəti əsasında bu daşın kölgəsini izləməkdən ibarət idi.
Misir coğrafi mövqeyi baxımından şimal yarım kürədə, lakin ekvatora da yaxın bir ölkə olduğundan, günəş doğulduğunda, kölgə daşın qərbində (solda) meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş qərbində şərq istiqamətinə çatırdı. Yəni kölgə bu günki saatların əqrəb və saniyələrində olduğu kimi soldan sağa doğru dönürdü.
Dediyimiz kimi zaman keçdikcə saatlar təkmilləşsə də, yenilənsə də saatlarda istiqamət dəyişməz olaraq qaldı.
Əgər saat ilk dəfə Avstraliya kimi ekvatorun cənubunda yerləşən ölkələrdə kəşf edilsəydi, bu gün əqrəb və dəqiqə tərs istiqamətdə dönə bilərdi.
Çün ki, bu ölkədə günəş doğarkən daşın kölgəsi cənuba tərəf düşür və günəş yüksəldikcə sola doğru hərəkət edir.